Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb

Ötən ilin ­dekabr ayının 1-dən bu il yanvarın 13-dək “Nargis” fondu tərəfindən Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə ­yarmarkası uğurla başa çatıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, artıq yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401 min 479 AZN təşkil edib. Ənənəyə sadiq qalaraq, toplanan ümumi gəlir müxtəlif diaqnozlu körpələrin müalicə və əməliyyatları üçün sərf olunub. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərinin sakinləri ziyarət ediblər.
Xeyriyyə yarmarkası ilə bağlı daha ətraflı məlumatı, xəstəxana fakturalarını və fond tərəfindən edilən bank köçürmələrini nargisfund.com saytımızdan əldə etmək olar. 
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və ­davam etdirmək məqsədilə təsis edilib,  2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin – “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib. 2019-cu ildən etibarən Novruz bayramına həsr olunan “Torpaq əlimdə, bahar ürəyimdə” yaz yarmarkası fond tərəfindən təşkil edilir.

 

18 2020 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə