Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi dəftərxana mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi dəftərxana mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 160 (yüz altmış) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.
Əlaqələndirici şəxsin telefonu- 012/498-05-43.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN- 1700326621
H/h- AZ34CTRE00000000000002088501
Fond -7 
 Maddə -142330
 Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların son bir ildəki analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.) Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2020-ci il fevralın 10-u saat 17.00-a , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 2020-ci il fevralın 19-u saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2020-ci il fevralın 20-si saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

18 2020 00:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə