Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 4    Bakı şəhəri, 10 yanvar 2020-ci il


“Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:
1. “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

 

        

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 10 yanvar

tarixli 4 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin

qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin

proqnozlaşdırılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılmasının təşkilati prinsiplərini və qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının həlli, ortamüddətli resurs zərfinin müəyyən edilməsi, dövlətin funksiyalarının həyata keçirilməsi üçün maliyyə vəsaitinin toplanılmasını və istifadəsini təmin etməkdir.

1.3. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması prosesi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanuna, digər qanunlara və normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.4. Dövlət büdcəsinin gəlirlərinin mənbələr üzrə proqnozlaş-dırılmasında vahid büdcə təsnifatından istifadə olunur.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən-ləşdirilmiş mənaları ifadə edir.

 

 

2. Dövlət büdcəsinin gəlirlərinin                           proqnozlaşdırılmasının prinsipləri

 

2.1. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının prinsipləri aşağıdakılardır:

2.1.1. vahidlik – dövlət büdcəsinin gəlirlərinin proqnozlaş-dırılması sahəsində qanunvericiliyin təşkili və proqnozlaşdırmanın tətbiqi qaydalarının vahidliyi;

2.1.2. daxili balanslaşdırma – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair məlumat və hesabat sənədlərinin onun məqsəd, vəzifə və nəticə göstəriciləri ilə uyğunluğu;

2.1.3. düzgünlük və reallıq – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair qarşıya qoyulmuş məqsədlərə nail olunması və proqnozlaşdırma prosesində istifadə edilən nəticə göstəricilərinin əsaslılığı;

2.1.4. fasiləsizlik və ardıcıllıq – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının pilləli xarakter daşıması.

 

3. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının

tərtibi işinin təşkili

 

3.1. Dövlət büdcəsi gəlirlərinin proqnoz layihəsi ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli proqramları, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

3.2. Dövlət büdcəsi gəlirləri üzrə proqnoz layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na uyğun təqdim edilmiş hesabat və məlumatlarla yanaşı, aşağıdakılardan istifadə edilməklə tərtib olunur:

3.2.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il fevralın 5-dək razılaşdırılmış formada təqdim olunan son 3 ili əhatə edən statistik məlumatlar;

3.2.2. dövlət büdcəsinin gəlirlərini təmin edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sorğusu əsasında isə büdcə təşkilatları tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflər və büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesab-lanması üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatlar;

3.2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərə-findən cari il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının xülasəsi və proqnoz göstəriciləri, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun növbəti il üçün ilkin proqnozları, həmçinin hər il  avqustun 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarının və dövlət investisiya proqramının dəqiqləşdirilmiş variantı və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətləri ilə bağlı məlumatlar;

3.2.4. büdcədənkənar dövlət fondları tərəfindən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondu (rayon və şəhərlər də daxil olmaqla) tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin dəqiqləşdirilmiş variantı;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən hər il fevralın 5-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) dəqiqləşdirilmiş variantı;

3.2.5. məqsədli büdcə fondları tərəfindən hər il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün büdcə layihəsinin ilkin variantı, iyulun 1-dək isə dəqiqləşdirilmiş variantı;

3.2.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və dövlət rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt və azadolmalara (vergi və dövlət rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar, hər il iyunun 15-dək isə iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmış vergi ödəyicilərinə (şəhər və rayonlar, əvvəlki ildə hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödəmə məbləğləri göstərilməklə) dair məlumatlar;

3.2.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və gömrük rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar;

3.2.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş növbəti ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı və özəlləşmədən daxilolmaların proqnoz göstəriciləri;

3.2.9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, nazirliklər, komitələr, dövlət idarə və təşkilatları, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər, yerli icra hakimiyyəti orqanları tərəfindən cari il martın 1-dək növbəti il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün təqdim olunmuş məlumatlar və sənədlər, iyunun 1-dək isə həmin məlumat və sənədlərin dəqiqləşdirilmiş variantı;

3.2.10. nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələş-dirilən digər təşkilatlar, dövlət büdcəsindən maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatlar, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və dövlət sifarişinə aid olan tədbirlərin, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflər.

3.3. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması zamanı istifadə olunan növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları hər il ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və strateji proqram sənədləri əsasında ölkə üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən, regionlar üzrə isə yerli icra hakimiyyət orqanları tərəfindən tərtib olunur.

 

4. Dövlət büdcəsi gəlirlərinin mənbələr üzrə proqnozlaşdırılması

 

4.1. Növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna əsasən büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən təqdim olunmuş məlumatlara uyğun olaraq, dövlət büdcəsinin gəlirləri aşağıdakı proqnozlaşdırma modellərindən istifadə edilməklə proqnozlaşdırılır:

4.1.1. gəlir mənbəyinə (iqtisadi artım, mallar (iş və xidmətlər) üzrə tələb və təklif, torpaq sahəsi, əmlakın dəyəri, faizlər, vergi dərəcələri və s.) təsir göstərən iqtisadi məlumatlara əsasən vergi gəlirlərini dəqiq əmsallar vasitəsilə hesablayan ekonometrik modellər;

4.1.2. inflyasiya və iqtisadi artım faktoru ilə artan vergi bazasına tətbiq edilən effektiv vergi dərəcələri.

4.2. Ekonometrik modellər dövlət büdcəsi gəlirlərinin proqnoz-laşdırılmasında proqnozlaşdırma modelinin əmsallarının hesablanması üçün istifadə olunur.

4.3. Ekonometrik proqnozlaşdırma modellərinin xüsusiyyətləri aşağıdakı kimidir:

4.3.1. təhlilə bütün müvafiq sərbəst iqtisadi dəyişənlər daxil edilir;

4.3.2. sərbəst dəyişənlər və onların əsasını təşkil edən ehtimallar proqnozlaşdırılan gəlir mənbəyi ilə birbaşa əlaqəlidir;

4.3.3. dəyişənlərin təhlili dövlət büdcəsi gəlirlərinin proqnozlaş-dırılmasında ehtimalların təsirini qiymətləndirmək imkanı verir;

4.3.4. iqtisadi fəaliyyətin gəlir mənbələrinə təsirinə dair məlumatları tənzimləyir;

4.3.5. dövlət gəlirlərinin proqnozlaşdırılmasında hər bir mühüm faktoru müəyyən etməyi və onun gəlir mənbəyinə olan münasibətini qiymətləndirməyi tələb edir;

4.3.6. daha statistik və iqtisadi stabilliyin olmasını tələb edir;

4.3.7. iqtisadi məlumatların və gəlir barədə  məlumatların ətraflı  olmasını tələb edir;

4.3.8. proqnozlaşmada iqtisadi dəyişikliklər baş verərsə, dəyişənlər arasında münasibətləri davamlı tərzdə qiymətləndirməyi tələb edir.

4.4. Ekonometrik proqnozlaşdırma modelləri ilə dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üçün hesablama modelləri dəqiqləşdirilməlidir.

4.5. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında istifadə olunan hesablama modellərinin strukturu aşağıdakı kimidir:

4.5.1. fiziki şəxslərin gəlir vergisi – f (muzdlu işlə əlaqədar alınan gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir, ödəyicilərin sayı);

4.5.2. əlavə dəyər vergisi (bundan sonra – ƏDV) – f (son istehlak, ödəyicilərin sayı);

4.5.3. hüquqi şəxslərin mənfəət vergisi – f (gəlirlər (ƏDV-yə cəlb olunmayan gəlirlər çıxılmaqla), ödəyicilərin sayı);

4.5.4. aksiz vergisi – f (hasilat, istehlak, ödəyicilərin sayı, mühərrikin həcmi);

4.5.5. sadələşdirilmiş vergi – f (ÜDM/İstehlak, sadələşdirilmiş vergi ödəyicilərinin sayı);

4.5.6. hüquqi şəxslərin əmlak vergisi – f (hüquqi şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak,  mülkiyyətində və istifadəsində əmlak olan hüquqi şəxslərin sayı);

4.5.7. hüquqi şəxslərin torpaq vergisi – f (hüquqi şəxslərin torpaq sahəsi, mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan hüquqi şəxslərin sayı);

4.5.8. yol vergisi – f (avtomobillərin sayı, avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi);

4.5.9. mədən vergisi – f (neftin hasilatı, təbii qazın hasilatı, yerin təkindən hasil olan digər faydalı qazıntılar);

4.5.10. gömrük rüsumu – f (idxalın həcmi, effektiv vergi dərəcəsi);

4.5.11. vergi olmayan ödənişlər – f (qeyri-neft ÜDM).

4.6. Bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulan hər bir vergi bazasına münasibətdə vergi elastikliyini əldə etmək məqsədilə bütün modellər loqaritmik formada aşağıdakı düsturla hesablanır:

 

            Log (vergi daxilolmaları) = log (γ) + λlog (vergi bazası)

 

4.7. Bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan düsturla hesablanan bərabərliklər loqaritmik formada olduğundan, əmsallar hər bir verginin vergi elastikliyini əks etdirir.

4.8. Vergi bazasında 1% dəyişilmə ilə münasibətdə vergidə faiz dəyişikliyini ölçən vergi elastikliyi aşağıdakı kimi müəyyən edilir:

  

 

 

4.9. Ekonometrik proqnozlaşdırma modellərinin hər bir tədiyə növü üzrə tətbiqi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş metodologiyaya əsasən həyata keçirilir.

4.10. Effektiv vergi dərəcələrindən istifadə etməklə, dövlət büdcəsinin gəlir mənbələri aşağıdakı kimi proqnozlaşdırılır:

4.10.1. fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar alınan gəlirin məbləğindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən güzəştlərdən, çıxılmalardan və vergitutma dərəcələrindən asılı olaraq, aşağıdakı 2 üsulla proqnozlaşdırılır:

1. fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnoz məbləği vergi ödəyicilərinin vergi orqanlarına təqdim etdikləri vergi bəyannamələrinin məlumatlarından istifadə etməklə hesablanır. Vergi tutulan gəlirin hesablanmış məbləğinə və fiziki şəxslərdən gəlir vergisinin həcminə əsasən keçən il və cari ilin hesabat dövrü ərzində yaranmış vergi yığımının orta faizi hesablanaraq gözlənilən gəlir məbləği və vergi yığımının orta faizi əsasında cari il ərzində daxilolmaların gözlənilən məbləği müəyyən edilir.

Vergi yığımının orta faizi aşağıdakı düsturla hesablanır:

 

 * 100%

Burada:

 - orta vergitutma faizi;

 - hesabat dövrü ərzində muzdlu işlə əlaqədar alınan gəlir vergisi üzrə daxilolmaların məbləği;

 - hesabat dövrü ərzində muzdlu işlə əlaqədar vergi tutulan gəlirin hesablanmış məbləğidir;

2. fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar vergi ödəyicilərinin gəlirlərinin proqnozlaşdırılan artım faizinə görə düzəliş edilmiş cari il üzrə vergi tutulan gəlirin gözlənilən məbləği və orta vergitutma faizinə tətbiq edilməsi əsasında aşağıdakı düsturla proqnozlaşdırılır:

 

  Burada:

 - fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - cari ildə vergi tutulan gəlirin proqnoz məbləği;

 - proqnozlaşdırılan ildə əməkhaqqı fondunun artımı (azalması);

 - orta vergitutma faizidir.

 

Eyni zamanda, gözlənilən və proqnozlaşdırılan vergi daxilolmalarının dinamikası üzrə hesablamalar aparılan zaman gözlənilən daxilolmalardan daimi xarakter daşımayan birdəfəlik ödəmələr (keçən dövrdə vergi borcunun qalığının ödənilməsi, yoxlamaların nəticələrinə görə əlavə hesablamalar, səhv hesablanmış məbləğlər və s.) çıxılır;

4.10.2. fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmalar  əvvəlki illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlirləri, mülkiyyətdən gəlirləri və digər gəlirləri üzrə vergi bəyannamələrindən istifadə etməklə proqnozlaşdırılır.

Proqnoz illik gəlir vergisi tutulmayan məbləğləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş çıxılmaların məbləğləri qədər azaldılmış miqdarına orta vergi dərəcəsi tətbiq etmək yolu ilə hesablanır. Hesabat məlumatlarına əsasən rayon (şəhər) üzrə yaranmış orta vergi dərəcəsi müəyyən olunur.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmaların proqnozu alınmış gəlirin məbləğinə müəyyən edilmiş dərəcəni tətbiq etməklə, aşağıdakı  düsturla hesablanır:

 

 

Burada:

 - fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - cari ildə vergi tutulan gəlirin proqnoz məbləği;

 - proqnozlaşdırılan ildə istehlak qiymətlərinin artımı (azalması);

 - orta vergitutma faizidir.

 

Növbəti 3 il üçün proqnoz bir sıra illər ərzində faktiki vergi daxilolmalarının dinamikası, cari ildə gözlənilən daxilolmaların hesablanması əsasında və rayonun (şəhərin) makroiqtisadi göstəricilərini nəzərə almaqla müəyyən olunur;

4.10.3. fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmalar bu Qaydanın 4.10.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada proqnozlaşdırılır;

4.10.4. hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar (bu Qaydanın 4.10.5-ci yarımbəndində nəzərdə tutulmuş mənfəət vergisi üzrə daxilolmalar istisna olmaqla) aşağıdakı 3 üsulla proqnozlaşdırılır:

         1. son 3 ilin mənfəət vergisinə dair vergi bəyannamələrinin məcmu məlumatlarından istifadə etməklə proqnozlaşdırılan dövr üçün vergi tutulan gəlir müəyyən edilir. Hesabat dövründə vergi tutulan gəlir cari ilin və proqnozlaşdırılan dövrün inflyasiya səviyyəsinə uyğunlaşdırılır və hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

- hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların  proqnoz məbləği;

 - əvvəlki ildə vergi tutulan gəlir;

 - cari ildə istehlak qiymətlərinin artımı (azalması);

 - proqnozlaşdırılan ildə istehlak qiymətlərinin artımı (azalması);

 - hesabat ilində orta vergitutma faizidir;

 

2. hüquqi şəxslərin mənfəət vergisinin hesablanmış və ödənilmiş məbləği barədə məlumatlardan, vergi bəyannamələri üzrə illik haqq-hesabların  nəticələrindən, vergi borcları üzrə qalıq məbləğlərinin dəyişməsindən istifadə etməklə həmin hesablamada daimi xarakter daşımayan, istehsal fəaliyyətindən asılı olmayan birdəfəlik ödəmələr, xüsusilə müvəqqəti amillər (qiymətlərin dəyişməsi, struktur dəyişiklikləri) hesabına yaranmış alınmış illik haqq-hesabların böyük məbləğləri gözlənilən daxilolmalardan çıxılır. Verginin gözlənilən məbləği istehlak qiymətlərinin proqnozlaşdırılan indeksinə uyğun düzəliş edilir və aşağıdakı düsturla hesablanır:

 

Burada:

 - hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - cari ildə proqnozlaşdırılan vergi daxilolmaları;

 - proqnozlaşdırılan ildə istehlak qiymətlərinin artımı (azalması);

 - proqnozlaşdırılan ildə istehsalın artımıdır;

 

3. ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq, qeyri-neft ÜDM-nin proqnozlaşdırılan həcmi və hüquqi şəxslərin mənfəət vergisinin tutulmasının orta faizi əsasında hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

                     Burada:

 - hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-nin həcmi;

 - orta vergitutma faizi;

 - hesabat dövründə hüquqi şəxslərin mənfəət vergisi;

 - hesabat dövründə qeyri-neft ÜDM-nin həcmidir;

 

4.10.5. neft sektoru üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Hasilatın Pay Bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisindən daxilolmalar aşağıdakı qaydada proqnozlaşdırılır:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə mənfəət vergisindən daxilolmalar ölkənin əsas makroiqtisadi və yanacaq-enerji balansının proqnoz göstəricilərinə və həmin Şirkət tərəfindən təqdim edilən büdcə məlumatlarına əsasən xam neft və neft məhsullarının, təbii qazın, kimya məhsullarının ixracı və daxili bazarda satışı, Şirkətin istehsal və maliyyə göstəricilərinin, gəlirlərinin, xərclərinin və mənfəət vergisinə təsir edən digər zəruri göstəricilərin təhlili əsasında proqnozlaşdırılır; 

2. Hasilatın Pay Bölgüsü sazişləri üzrə fəaliyyət göstərən podratçı tərəflərin mənfəət vergisindən daxilolmaların proqnozu ölkənin əsas makroiqtisadi və yanacaq-enerji balansının proqnoz göstəricilərinə və podratçılar tərəfindən təqdim edilən illik iş proqramı və büdcə məlumatlarına əsasən növbəti il üçün karbohidrogenlərin hasilat və satış həcmləri, satışdan əldə edilən gəlirlər, xərclər, xam neftin 1 (bir) barrelinin dünya bazarında nəzərdə tutulan qiyməti, vergi bəyannamə məlumatları və digər zəruri göstəricilərdən istifadə etməklə həmin sazişlərdə nəzərdə tutulmuş hesablamalar əsasında müəyyən edilir.

Hasilatın Pay Bölgüsü sazişləri üzrə podratçıların mənfəət vergisi üzrə daxilolmaların proqnozu zamanı aşağıdakı hesablamalardan istifadə edilir:

 

= - )* Vdər

 

Burada:

- Hasilatın Pay Bölgüsü sazişləri üzrə mənfəət vergisindən daxilolmaların proqnozu;

 - hasil olunan karbohidrogenlərin həcmi;

 - karbohidrogenlərin nəzərdə tutulan proqnoz qiyməti;

  - Hasilatın Pay Bölgüsü sazişləri üzrə fəaliyyət göstərən podratçıların payının ümumi hasilata nisbəti; 

 - Hasilatın Pay Bölgüsü sazişlərinə uyğun çıxılmalar;

Vdər - Hasilatın Pay Bölgüsü sazişləri üzrə nəzərdə tutulan vergi dərəcəsidir;

 

= )* Vdər

 

Burada:

 – proqnoz ilində karbohidrogenlərin təqdim edilməsindən əldə edilən gəlirlər;

 – digər gəlirlər;

 – ümumi gəlirdən çıxılan xərclər;

 – sazişdə olan iştirak payının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan xalis gəlir;

 – sazişdə olan iştirak payının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan zərər;

 – keçmiş illərin çıxılası zərəri;

Vdər - Hasilatın Pay Bölgüsü sazişləri üzrə nəzərdə tutulan vergi dərəcəsidir;

 

4.10.6. torpaq vergisi üzrə daxilolmaların proqnozlaşdırılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi və fiziki şəxslər üzrə ayrılıqda təqdim olunan kateqoriyalar üzrə torpaqların sahəsinə dair məlumatlar, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahələri, bonitet (keyfiyyət göstəricisi) ballarına mütənasib olaraq torpaqların coğrafi yerləşməsinə, keyfiyyətinə və növlərinə görə fərqlənən baza vergi dərəcələri və vergi orqanlarına təqdim olunan bəyannamələrin məlumatlarından istifadə edilir.

Torpaq vergisi üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

1. təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnozu kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilən şərti ballar, torpaq sahəsi və torpaq vergisinin dərəcəsi istifadə edilməklə aşağıdakı düsturla verilir:

 

 

 

Burada:

 - təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

 - təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi;

 - təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi;

 - ayrı-ayrı ödəyicilər üçün kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla əmsallardır;

 

2. təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmalar təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi və vergi dərəcəsi nəzərə alınmaqla, aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

 

Burada:

 - təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

 - təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi;

 - təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsidir;

3. sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahəsinə uyğun olaraq, torpaq vergisi üzrə daxilolmaların proqnozu aşağıdakı kimi hesablanır: 

 

 

 

Burada:

 - sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

 - proqnoz ilində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisinə cəlb olunan torpaq sahəsi;

 və  - torpaq sahəsi 10000 m2- dək və 10000 m2- dən yuxarı olduqda, yaşayış məntəqələri üzrə hər 100 m2 üçün torpaq vergisinin dərəcəsidir;

4. torpaq vergisi üzrə daxilolmalar Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla, aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

 

Burada:

- torpaq vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- torpaq sahəsi;

 - hər kateqoriya üzrə vergi dərəcəsi;

 - ayrı-ayrı vergi ödəyiciləri üçün əmsaldır;

 

4.10.7. hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların proqnoz məbləği vergi bəyannamə məlumatları, ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi büdcə məlumatları və digər zəruri göstəricilər əsasında hesablanır. Bu zaman vergitutma obyekti olmayan əmlakın dəyəri ümumi dəyərdən çıxılır. Əmlakın vergi tutulan ortaillik qalıq dəyərinə ehtimal olunan yenidən qiymətləndirmə əmsalına uyğun düzəliş edilir.

Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi dərəcələri əsasında hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - hüquqi şəxslərin  əmlak vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - əmlakın ortaillik qalıq dəyəri;

 - əsas kapitala yönəldilən investisiyanın əvvəlki il üzrə artım (azalma) əmsalı;

 - vergi dərəcəsidir;

 

2. vergi bəyannamələrinin məlumatlarından istifadə etməklə hesabat dövrünün sonuna əmlakın qalıq dəyərinə cari ilin və proqnozlaşdırılan dövrün əsas kapitala yönəldilən investisiyanın hesabat ili üzrə artımına uyğun düzəliş edilir və hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

Burada:

 - hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - hesabat dövrünün sonuna vergi tutulmalı olan əmlakın qalıq dəyəri;

 - cari ildə əsas kapitala yönəldilən investisiyanın artımı (azalması);

 - əsas kapitala yönəldilən investisiyanın son 3 il  üzrə orta faktiki artımı (azalması);

 - orta vergitutma dərəcəsidir;

 

3. qeyri-neft sektoru üzrə əmlak vergisindən daxilolmaların proqnoz məbləği qeyri-neft sektoru üzrə əmlakın ortaillik qalıq dəyəri və əsas kapitala yönəldilən investisiyaların artım tempi götürülməklə, bu Qaydanın 4.10.7-ci yarımbəndinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş qaydada hesablanır;

4.10.8. Azərbaycan Respublikasının ərazisində istehsal edilən mallara, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə görə ƏDV üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

1. ƏDV üzrə daxilolmaların proqnoz məbləği ölkənin sosial-iqtisadi inkişafının ortamüddətli proqnozuna uyğun olaraq proqnozlaşdırılan ÜDM-in həcminə, ƏDV-nin orta faizinə əsaslanmaqla aşağıdakı düsturla hesablanır:

 

 

 

 

Burada:

 - proqnozlaşdırılan dövr üçün ƏDV üzrə daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan dövr üçün ÜDM-in həcmi;

 - orta vergitutma  faizi;

 - hesabat dövründə ƏDV üzrə daxilolmaların məbləği;

 - hesabat dövründə ÜDM-in həcmidir;

 

2. ƏDV üzrə daxilolmaların proqnoz məbləği vergi ödəyiciləri üzrə vergi orqanlarının məlumatlarına əsasən təqdim olunmuş ƏDV-nin hesablanmış və ödənilmiş məbləğləri barədə məlumatlar təhlil olunmaqla aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - proqnozlaşdırılan dövr üçün ƏDV üzrə daxilolmaların proqnoz məbləği;

 - hesabat dövründə hesablanmış vergi məbləğinə əsasən cari il üçün ƏDV üzrə daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan ildə istehlak qiymətlərinin artımı (azalması);

 - proqnozlaşdırılan il üzrə istehsalın artımıdır (azalmasıdır);

Proqnozlaşdırma zamanı hesabat dövründə sıfır (0) dərəcə ilə ƏDV tutulan dövriyyələr üzrə qaytarılmış məbləğ və sıfır (0) dərəcə ilə vergi tutulan dövriyyələr üzrə qaytarılmalı olan ƏDV məbləğinin ehtimal olunan dəyişmələri barədə məlumatlardan da istifadə edilir;

3. qeyri-neft sektoru üzrə ƏDV-dən daxilolmaların proqnoz məbləği qeyri-neft ÜDM-i əsas götürülməklə, bu Qaydanın 4.10.8-ci yarımbəndinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanır;

4.10.9. Azərbaycan Respublikasının ərazisinə qeyri-neft sektoru üzrə idxal edilən mallara ƏDV-dən daxilolmalar ortamüddətli sosial-iqtisadi inkişaf proqnozuna uyğun olaraq növbəti 3 il üçün idxalın proqnozlaşdırılan həcmi və qeyri-neft sektoru üzrə idxal olunan mallara ƏDV-nin son hesabat dövrlərində yaranmış orta dərəcəsi əsasında aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

 

Burada:

 - qeyri-neft sektoru üzrə idxal olunan mallara ƏDV-dən daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan il üçün qeyri-neft sektoru üzrə idxalın həcmi;

 - hesabat dövründə qeyri-neft sektoru üzrə idxal olunan mallara ƏDV-nin orta dərəcəsi;

 - hesabat dövründə qeyri-neft sektoru üzrə idxal olunan mallara ƏDV-dən daxilolmaların məbləği;

 - hesabat dövründə qeyri-neft sektoru üzrə idxalın həcmidir;

4.10.10. Sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnozu aşağıdakı göstəricilərdən istifadə etməklə hesablanır:

- pərakəndə əmtəə dövriyyəsinə dair göstəricilər, onun proqnozlaşdırılan ildə artım (azalma) sürəti;

- pərakəndə əmtəə dövriyyəsinin hüquqi və fiziki şəxslər üzrə bölgüsü (Bakı şəhəri və digər rayon (şəhər) üzrə ayrılıqda);

- pullu xidmətlərin həcminə dair göstəricilər, onun proqnoz-laşdırılan il üçün artım (azalma) sürəti;

- pullu xidmətlərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü (Bakı şəhəri və digər rayon (şəhər) üzrə ayrılıqda);

- sadələşdirilmiş vergi ödəyicilərinin dövriyyələri;

- fiziki şəxslər tərəfindən təqdim edilmiş mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri;

- mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər tərəfindən təqdim edilmiş torpaq sahələri;

- avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üzrə fərqlənmə nişanlarının sayı;  

- hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaitlərinin həcmi;

- fəaliyyəti zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, sadələşdirilmiş verginin aylıq sabit məbləğini ödəyən fiziki şəxslərin sayı.

Sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği vergitutma obyektindən asılı olaraq aşağıdakı qaydada hesablanır:

1. sadələşdirilmiş vergi üzrə daxilolmalar sadələşdirilmiş vergi ödəyicilərinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə etdiyi ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi də nəzərə alınmaqla, aşağıdakı 2 düsturla proqnozlaşdırılır:

     

         düstur 1:

 

 

Burada:

 - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan il üçün pərakəndə əmtəə dövriyyəsinin həcmi;

 - proqnozlaşdırılan il üçün pullu xidmətlərin həcmi;

 - orta vergitutma faizi;

 - hesabat dövründə sadələşdirilmiş vergi üzrə daxilolmaların məbləği;

   - hesabat dövründə qeyri-neft ÜDM-nin həcmidir;

 

       düstur 2:    

 

Burada:

 - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

 - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi ödəyicilərinin sayı;

 - sadələşdirilmiş vergi ödəyicilərinin orta hasilat məbləği;

 - sadələşdirilmiş verginin dərəcəsidir;

 

2. mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

 

 

Burada:

- proqnozlaşdırılan ilə sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- yaşayış və qeyri-yaşayış sahəsi;

 - yaşayış sahəsinə münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt (sahə);

-  vergitutma obyektinin hər kvadratmetri üçün nəzərdə tutulan vergi məbləği;

 - tətbiq olunan zona əmsalıdır;

 

3. mülkiyyətində olan yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər tərəfindən təqdim edilmiş torpaq sahələri üzrə sadələşdirilmiş vergidən daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

Sproq = Əsahə * Vməb * Zəmsal

 

Burada:

Sproq - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği; 

Əsahə - təqdim edilmiş torpaq sahəsi;

Vməb - vergitutma obyektinin hər kvadratmetri üçün nəzərdə tutulan vergi məbləği; 

Zəmsal - tətbiq olunan zona əmsalıdır;

 

4. mülkiyyətində olan sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların təqdim edilməsini həyata keçirən şəxslər tərəfindən təqdim edilmiş torpaq sahələri üzrə sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

Sproq = (Əsahə * Vməb * Zəmsal) * Yəmsal

 

Burada:

Sproq - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

Əsahə - təqdim edilmiş torpaq sahəsi; 

Vməb - vergitutma obyektinin hər kvadratmetri üçün nəzərdə tutulan vergi məbləği;

Zəmsal - tətbiq olunan zona əmsalı; 

Yəmsal - yüksəldici əmsaldır;

5. mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər tərəfindən təqdim edilmiş torpaq sahələri üzrə sadələşdirilmiş vergidən daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

Sproq = Vtor.v * Vəmsal

 

Burada:

Sproq - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği; 

Vtor.v - kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə hesablanmış torpaq vergisinin məbləği;

Vəmsal - sadələşdirilmiş verginin hesablanması üçün müəyyən edilmiş əmsaldır;

6. hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə tutulan sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnozu aşağıdakı düsturla hesablanır:

 

Sproq = Vbaza* Vd

 

Burada:

S - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnozu; 

Vbaza - sahibkarlar tərəfindən bank hesablarından nağd qaydada çıxarılan pul vəsaitinin ümumi məbləği; 

Vd - sadələşdirilmiş verginin dərəcəsidir;

 

 7. fəaliyyəti zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər tərəfindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğin proqnozu aşağıdakı düsturla hesablanır:

      

Sproq = Msabit *  İsay * Zəmsal

 

Burada:

Sproq - proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ üzrə proqnoz məbləği; 

Msabit - fəaliyyət növləri üzrə aylıq sabit məbləğ; 

İsay - fəaliyyət növləri üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alan şəxslərin sayı; 

Zəmsal - tətbiq olunan zona əmsalıdır;

 

8. avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşıma-larını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

 

 

Burada:

- proqnozlaşdırılan ilə sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- verilmiş “Fərqlənmə nişanları”nın sayı;

- hər bir nəqliyyat vasitəsi üçün verginin məbləği;                

 - tətbiq olunan zona əmsalıdır;

 

4.10.11. Azərbaycan Respublikasında istehsal edilən mallar üzrə aksizlərdən daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

1. aksizli malların istehsalının həcmi fəaliyyətdə olan və yeni istehsal sahələrinin istismara verilməsini, aksizli məhsul istehsal edən müəssisələrin istehsal həcmlərinin artması və ya azalması nəzərə alınmaqla, ortamüddətli sosial-iqtisadi inkişaf proqnozuna əsaslanmaqla müəyyən olunur.

Növbəti ildə aksizli malların istehsalının həcmi barədə məlumatlardan və aksiz dərəcələrindən istifadə etməklə, hər mal üzrə aksizdən daxilolmaların proqnozu aşağıdakı düsturla müəyyən olunur:

 

   Burada:

 - proqnozlaşdırılan il üçün qeyri-neft sektoru üzrə aksizdən daxilolmaların proqnoz məbləği;

 - aksizli malların istehsalı həcmi;

 - aksiz dərəcəsidir;

 

2. neft sektoru üzrə aksizdən daxilolmalar növbəti il üzrə yanacaq-enerji balansının proqnoz göstəricilərindən və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təqdim edilən məlumatlardan istifadə etməklə, aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

 

Burada:

 - proqnozlaşdırılan il üçün neft sektoru üzrə aksizdən daxilolmaların proqnoz məbləği;

 - ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcmi;

 – aksiz vergisinə cəlb olunan məhsulların adı;

  - ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili tarifinin aksiz dərəcəsinə hasilidir;

3. əvvəlki illər ərzində aksizli malların istehsal həcmləri barədə məlumatlardan (istehsalın həcminin dəyişməsi, aksiz dərəcələrinin artırılması və ya azaldılması, istehsalın müvəqqəti dayandırılması və s. kimi amillərin təsirinin nəzərə alınması məqsədilə) və aksiz dərəcələrindən istifadə etməklə, hər mal növü üzrə aksiz daxilolmalarının proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - proqnozlaşdırılan il üçün aksizdən daxilolmaların proqnoz məbləği;

 - aksiz dərəcəsi;

 - bir neçə il ərzində aksizli malların istehsalının orta həcmi;

 - illər üzrə istehsalın həcmi;

 - illərin sayıdır;

 

4.10.12. idxal olunan aksizli mallar üzrə aksizlərdən daxilolmalar gömrük orqanlarının gömrük yük bəyannamə-lərinin  məlumatlarına əsasən aksizli malların hər növü üzrə idxalın həcminin dəyişməsi təhlil olunmaqla və proqnozlaşdırılan ildə manatın ABŞ dollarına ortaillik proqnozlaşdırılan məzənnəsi nəzərə alınmaqla, aşağıdakı düsturla proqnozlaşdırılır:

 

 

 

Burada:

 - idxal olunan mallar üzrə aksiz vergisindən daxilolmaların  proqnoz məbləği;

 - ölkənin ortamüddətli sosial-iqtisadi inkişaf proqnozu məlumatları üzrə idxalın həcmi;

 - aksiz tutulmasının əmsalı;

 - hesabat dövründə aksizin məbləği;

 - hesabat dövründə idxalın həcmidir;

 

4.10.13. yol vergisi üzrə daxilolmaların proqnozu hesablanan zaman Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən ölkə daxilində istehsal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın topdansatış qiymətləri nəzərə alınmalıdır.

1. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi üzrə daxilolmaların proqnoz məbləği onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksizlər də daxil olmaqla) yol vergisinin dərəcəsi əlavə edilməklə, aşağıdakı düsturla hesablanır:

 

 

 

Burada:

 - yol vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi;

Vdər - yol vergisinin dərəcəsidir;

 

2. idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksizlər də daxil olmaqla) yol vergisinin dərəcəsi əlavə edilməklə, aşağıdakı düsturla hesablanır:

 

 

 

Burada:

 - yol vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi;

Vdər – yol vergisinin dərəcəsidir;

 

3. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslərdən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisi proqnozlaşdırılarkən, aşağıdakı göstəricilərdən istifadə olunur:

- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə;

- təhlükəli yüklərin daşınmasıdır;

 

4.10.14. mədən vergisi üzrə daxilolmaların proqnozu Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntılardan istifadə edənlər üçün müəyyən olunmuş vergi dərəcəsinə uyğun olaraq hesablanır;

1. mədən vergisi üzrə daxilolmaların proqnozlaşdırılması üçün aşağıdakı məlumatlardan istifadə edilir:

- təbii sərvətlərin (neft, qaz və digərləri) çıxarılmasının (hasilatının) natura ifadəsində proqnozlaşdırılan həcmi (müəssisələr (yataqlar), rayon (şəhər) üzrə proqnoz dövrü üçün təqdim olunan);

- neft, qaz və digər faydalı qazıntılardan dolayı vergilər, daxili tələbat və onların satış (göndərilmə) məntəqələrinə qədər nəql edilməsinə faktiki xərclərin məbləğləri nəzərə alınmadan orta satış qiyməti;

- neftin və qazın topdansatış qiyməti;

- mədən vergisinin dərəcələri;

- geri vurulan neftin və qazın həcmi;

- mədən vergisinə cəlb olunan dövriyyə;

 

2. neft sektoru (xam neft və təbii qaz) üzrə mədən vergisindən daxilolmaların proqnoz məbləği aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - proqnozlaşdırılan ilə mədən vergisi üzrə daxilolmaların proqnoz məbləği;

 - mədən vergisinə cəlb olunan faydalı qazıntıların (xam neft və təbii qazın) hasilatının proqnozu (daxili tələbat və texniki itkilər istisna olmaqla);

 - mədən vergisinə cəlb olunan faydalı qazıntıların (xam neft və təbii qazın) topdansatış qiyməti;

 - mədən vergisinin dərəcəsidir;

 

3. qeyri-neft sektoru üzrə mədən vergisindən daxilolmaların proqnozu aşağıdakı iki düsturla hesablanır:

 

      düstur 1:

 

Burada:

 –mədən vergisindən daxilolmaların proqnoz məbləği;

 – filiz faydalı qazıntılarına münasibətdə topdansatış qiyməti, qeyri-filiz faydalı qazıntılara münasibətdə isə hasilat həcmləri (kubmetr);

 – mədən vergisinə cəlb olunan filiz və qeyri-filiz faydalı qazıntılarının adı;

 – vergi dərəcəsidir (filiz faydalı qazıntılarına münasibətdə faiz, qeyri-filiz faydalı qazıntılarına münasibətdə manat).

          düstur 2:

 

 

Burada:

 – qeyri-neft sektoru üzrə mədən vergisindən daxilolmaların proqnoz məbləği;

 – qeyri-neft sektoru üzrə mədən vergisi üzrə cari il üçün gözlənilən daxilolmalar;

  - proqnoz ilində qeyri-neft ÜDM-nin artım tempidir;

 

4.10.15. qeyri-neft sektoru üzrə gömrük rüsumundan daxilolmalar xarici ticarət dövriyyəsi üzrə hesabat məlumatlarının və cari dövrün gözlənilən icrasının, idxal olunan malların gömrük dəyəri üzrə gömrük orqanlarının məlumatlarının və qüvvədə olan gömrük rüsumlarının təhlili əsasında aşağıdakı düsturla proqnozlaşdırılır:   

    

 

 

Burada:

 - proqnozlaşdırılan il üçün qeyri-neft sektorundan gömrük rüsumlarının məbləği;

 - rüsum tutma əmsalı (əvvəlki dövrlərdə ödəmənin idxal həcminə nisbətidir);

 - ölkənin ortamüddətli sosial-iqtisadi inkişaf proqnozunun məlumatları əsasında qeyri-neft sektoru üzrə idxalın proqnozlaşdırılan həcmidir;

 

4.10.16. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə proqnoz yanacaq-enerji balansının növbəti il üzrə qiymətləri tənzimlənən məhsulların ixrac proqnoz həcmləri, həmin məhsulların ölkədaxili topdansatış qiyməti və kontrakt (satış qiyməti (ixrac xərcləri çıxılmaqla) nəzərə alınmaqla, aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə proqnozu;

 - növbəti il üzrə ixracın proqnozlaşdırılan həcmləri;

 - kontrakt (satış) qiymətləri;

 - ixrac xərcləri;

 - ölkədaxili topdansatış qiyməti;

 - hər il dövlət büdcəsi haqqında qanunla təsdiq edilən dərəcədir;

 

4.10.17. xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların proqnozu müvafiq kredit sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) və manatın xarici valyutaya nəzərən məzənnəsinin proqnozu əsasında müəyyən edilir;

4.10.18. səhmlərində dövlətin payı olan hüquqi şəxslərdən alınan dividendlərin proqnozu səhmlərində dövlətin payı olan hüquqi şəxslərin təqdim etdiyi məlumatlar, həmin hüquqi şəxslər üzrə maliyyə göstəricilərinin, o cümlədən xalis mənfəətin əvvəlki illər üzrə dinamikası və növbəti illər üzrə proqnoz göstəriciləri, makroiqtisadi və digər zəruri göstəricilər əsasında müəyyən olunur;

4.10.19. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin proqnozu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”na əsasən müəyyən edilir;

4.10.20. dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların proqnoz məbləğinin hesablanması zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:

- büdcədən maliyyələşdirilən təşkilatlar üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə;

- kommersiya prinsipləri əsasında fəaliyyət göstərən təşkilat üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə;

- respublikada fəaliyyət göstərən xarici diplomatik qurumlar üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun hesablanır.

1 kvadratmetr sahə üçün icarə haqqının minimum məbləği aşağıdakı düsturla hesablanır:

 

İm = Tm   Zə   Mə

 

Burada:

İm - icarə haqqının ilkin minimum məbləği;

Tm - müəyyən edilmiş icarə haqqı tarifi;

Zə  - zona əmsalı;

Mə - memarlıq əmsalıdır.

 

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların proqnoz məbləği;

i= icarə müqaviləsinin tipi;

s - müqavilə tipi üzrə icarəyə verilmiş cəmi icarə sahəsi;

h - müqavilə tipi üzrə icarəyə verilmiş obyektlərin icarə haqqıdır;

4.10.21. dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu hesablanan zaman dövlət mülkiyyətində olan və icarayə verilmiş torpaqların sahələri, kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla əmsallar, torpaq vergisinin dərəcəsi, icarə müqavilələri, hesablanmış və ödənilmiş icarə haqları üzrə məlumatlar nəzərə alınır;

4.10.22. dövlət rüsumu üzrə daxilolmalar proqnozlaşdırılan dövrün bazasında və makroiqtisadi göstəricilərində ehtimal olunan dəyişmələrə uyğun düzəliş edilməklə, cari ilin gözlənilən daxilolmasını qiymətləndirməklə və əvvəlki illər ərzində daxilol-maların dinamikasının təhlilinə əsaslanmaqla proqnozlaşdırılır. Dövlət rüsumu üzrə daxilolmalar proqnozlaşdırılan zaman “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin Qanunla müəyyən edilmiş faizlər üzrə məbləğlərinin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülməsi nəzərə alınır;

4.10.23. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların proqnozu idarə və təşkilatlar tərəfindən təqdim olunan büdcədənkənar vəsaitlər üzrə gəlirlərin keçən ildə faktiki və cari ildə gözlənilən icrası, həmin gəlirlərin keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı barədə məlumatlar və növbəti il üçün büdcədənkənar gəlirlərin proqnozuna dair hesablamalar əsasında tərtib edilir;

4.10.24. vergi orqanları xətti ilə toplanan sair daxilolmaların proqnozu fiziki şəxslərin gəlir vergisi, o cümlədən muzdlu işlə əlaqədar gəlir vergisi və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, torpaq vergisi, əmlak vergisi, əlavə dəyər vergisi, aksiz, sadələşdirilmiş vergi, mədən vergisi, digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalar və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin pozulmasına görə inzibati cərimələr üzrə dövlət büdcəsinə daxilolmaların keçən ildə faktiki və cari ildə gözlənilən icrası və növbəti il üçün proqnoza dair hesablamalar əsasında müəyyən edilir;

4.10.25. sair daxilolmaların proqnozuna inzibati xətalara görə cərimələrdən daxilolmalar, büdcədən verilmiş kreditlər üzrə daxilolmalar, dövlət zəmanti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar və digər daxilolmaların proqnozu aiddir:

1. inzibati xətalara görə cərimələrdən daxilolmalar inzibati xətalara görə cərimələr üzrə dövlət büdcəsinə daxilolmaların dinamikasının təhlilinə, cari ilin daxilolmasının proqnozlaşdırılan ildə istehlak qiymətləri indeksinə uyğun düzəliş edilmiş qiymətlən-dirilməsinə əsaslanaraq proqnozlaşdırılır;

2. büdcədən verilmiş kreditlər üzrə daxilolmaların proqnozu əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması qrafikinin yerinə yetirilməsi dinamikası, verilmiş kreditlərin qaytarılması vəziyyəti, əvvəllər verilmiş və ödənilməmiş kreditlərin həcmi, kreditin ödənilməsi və onlar üzrə faizlərin ödənilməsi qrafikləri, hesablanmış cərimələr və faizlərin təhlili, kreditlərin verilməsi siyasəti, büdcə kreditlərinin verilməsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, vəsaitlərin büdcəyə qaytarılması tədbirlərinə uyğun olaraq həyata keçirilən kredit müqavilələrinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilir;

3. dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmaların proqnozu növbəti büdcə ilində dövlət büdcəsinə gözlənilən daxilolmaların məbləği müvafiq təkrar borc sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilir.

4.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydalarla müəyyən edilmiş üsullardan istifadə etməklə, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması zamanı hər bir tədiyə növü üzrə aparılmış hesablamalar üzrə proqnozları müəyyən edir.

 

5. Yekun müddəalar

 

5.1. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması dövlət büdcəsi və icmal büdcə layihələrinin tərtibinin ayrılmaz tərkib hissəsidir.

5.2. Dövlət gəlirlərinin proqnozlaşdırılması zamanı vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi nəzərə alınır.

5.3. Dövlət büdcəsi gəlirlərinin, o cümlədən neft və qeyri-neft gəlirlərinin proqnozlaşdırılmasına metodoloji rəhbərlik və koordinasiya Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

               

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə