Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətənin 20 Yanvar yaddaşı”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Vətənin 20 Yanvar yaddaşı” adlı elmi sessiya keçirildi. 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Şənbə gecəsindən istiqlal səhərinə açılan yol” mövzusunda məruzə ilə çıxış etdi.

Natiq 20 Yanvar hadisələrini müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsi kimi qiymətləndirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının Bakıya yeridilməsi nəticəsində milli azadlığı, istiqlalı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhali, əliyalın insanlar qətlə yetirildi. Xalqımızın  azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsi misli görünməmiş faciəyə gətirib çıxardı. 
Sovet İmperiyasının xalqımıza qarşı törətdiyi bu qanlı cinayət, əslində, Azərbaycanın sonralar yenidən bərpa edəcəyi istiqlalının təməllərindən biri oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan 150-yə yaxın mərd Vətən övladı canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Lakin imperiya qüvvələri xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olundu. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.
Akademik vurğuladı ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Məruzəçi Xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı-publisist Rafiq Səməndərin və başqalarının 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan qiymətli əsərlərinin olduğunu, bu mövzuda yeni sanballı əsərlərin də yaradılmasını, kino filimlərin çəkilməsinin vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən Əməkdar jurnalist Rafiq Səməndər, həmin gecənin canlı şahidləri “20 Yanvar” Cəmiyyətinin sədri, Soltan Əzimov, 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Məsmə Aslanqızı və başqaları 20 Yanvar hadisələrindən, onun acı nəticələrindən söz açdılar. Çıxışlarda qeyd edildi ki, xalqımız azadlığını, müstəqilliyini canı, qanı bahasına əldə edib. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan var  xalqımız hər zaman şəhidlərinin xatirəsini əziz tutacaq.

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

17 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə