Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əcnəbi tələbələrə 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib

Qarşıdan Ümumxalq Hüzn Günü gəlir. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabr ayının 13-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə isə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. 
BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanlığının, Beynəlxalq əlaqələr şöbəsinin, mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzində əcnəbi tələbələr üçün “Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova “20 Yanvar faciəsi müstəqillik yolumuzdur” mövzusunda çıxış edib. O, konkret faktlarla 20 Yanvar faciəsinin mahiyyət və məzmunu barədə məlumat verib.
Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova çıxış edərək bu tədbirin əcnəbi tələbələrin 20 Yanvar faciəsi haqqında məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.
Tədbirdə Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Sevda Əhmədova rus dilində əcnəbi tələbələr qarşısında 20 Yanvar barədə məruzə ilə çıxış edərək, faciənin baş verdiyi dövrün tarixi-siyasi şəraitini geniş təhlil edib. 
Sonra tədbirdə 20 Yanvar faciəsini əks etdirən “20 Yanvar – qanlı tariximiz” adlı sənədli film nümayiş etdirilib.
Diskussiya formasında davam edən tədbirdə əcnəbi tələbələrin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra əcnəbi tələbələrə BSU-nun foyesində təşkil edilmiş 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi barədə məlumat verilib, həmçinin Azərbaycanın Milli qəhrəmanlarının və universitetin şəhid məzunlarının stendinə baxış keçirilib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq  qəzeti”

17 Yanvar 2020 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə