Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.ƏRDOĞAN: Ankara antitürk dairələrin planlarını pozmaqda davam edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən 2019-cu ilin nəticələrinə həsr olunan iclasda çıxış edərək deyib ki, Türkiyə iqtidarı bu ölkənin süqutunu səbirsizliklə gözləyən antitürk dairələrin planlarını bu vaxta qədər pozub və bundan sonra da pozmaqda davam edəcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Dövlət başçısının sözlərinə görə, Türkiyə hökumətinin 2019-cu il üzrə Fəaliyyət Proqramında nəzərdə tutulan 1451 maddədən 1161-i uğurla yerinə yetirilib.  R.T.Ərdoğan deyib: “Türkiyənin XI beşillik üzrə inkişaf planı 2023-cü ilə qədər iqtidar üçün “yol xəritəsi” rolunu oynayır. Hökumət bu proqramı mərhələli şəkildə həyata keçirəcək və bu zaman artıq icra olunmuş tədbirlərin monitorinqini və qiymətləndirilməsini aparacaq”. 
R.T.Ərdoğan sonra qeyd edib ki, 2020-ci ildə Türkiyədə ÜDM-in artım sürəti 5 faiz proqnozlaşdırılır ki, bu, qlobal iqtisadiyyatın bu il üçün nəzərdə tutulan artım sürətindən 1,6 faiz çox olacaq. Yeri gəlmişkən, Türkiyədə bu il inflyasiya səviyyəsinin 8,5 faizə qədər endirilməsi nəzərdə tutulub. 2021-ci il üçün isə bu göstərici 4,9 faiz proqnozlaşdırılır. 
 Dövlət başçısı çıxışı zamanı ölkədə cinayətkarlıqla mübarizə mövzusuna da toxunub. Bildirib ki, 2019-cu ildə 1250 PKK terrorçusu zərərsizləşdirilib və çox sayda terror aktlarının qarşısı alınıb. Ankara bundan sonra da terrorizmlə qətiyyətli mübarizəsini davam etdirəcək. 
R.T.Ərdoğan Aralıq dənizi regionundakı mövcud vəziyyəti şərh edərkən bildirib ki, Liviya Barışıq Hökuməti ilə imzaladığı razılaşmaya uyğun olaraq, Türkiyə hökuməti ərazidəki bir sıra enerji yataqlarının işlənilməsi üçün müvafiq lisenziyalar verəcək. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

17 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə