Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin danışıqlara başlayıb

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Amerika Birləşmiş Ştatları və Çin arasında ticarət razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar başlayıb.
Mənbə qeyd edir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens sazişin ikinci mərhələsi üzrə müzakirələrə başladığını mətbuata açıqlasa da məsələnin təfərrüatları barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, yanvarın 15-də Donald Tramp və Lyu Xe ABŞ və Çin arasında ticarət mübahisəsinin nizama salınmasının birinci mərhələsi haqqında razılaşmanı imzalayıblar. Dövlət Departamentində bu hadisə ABŞ-ın böyük qələbəsi adlandırılıb.
KİV-in məlumatına görə, buna əvəz olaraq ABŞ Çinə əlavə məhdudiyyətlər tətbiq etməyəcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

17 2020 00:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə