Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

5G peyki orbitə çıxarılıb

Çinin ilk özəl 5G peyki orbitə çıxarılıb. “GalaxySpace” şirkətinə məxsus olan 5G peykinin çəkisi 200 kiloqramdır. Bildirilir ki, peyk Yerin aşağı orbitinə “Kuaizhou 1A” raketdaşıyıcısı ilə aparılıb. 
“GalaxySpace 1” Çinin aşağı orbitdəki ən güclü peyki olmaqla yanaşı, sürətli məlumat ötürmə imkanlarına malik, 5-ci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən ilk peyk hesab olunur. Saniyədə 10 Giqabit məlumat ötürmək imkanına malik olan peyk bir neçə diapozonu istifadə edə bilər. Orbitdə planlaşdırılan nöqtədə yerini alan peyk bir neçə texnoloji sınaqdan sonra istifadəyə veriləcək.
Şirkət aşağı orbitdə genişzolaqlı peyk qruplaşdırılmasını qurmaq və 5G qlobal rabitə şəbəkəsini yaratmaq niyyətindədir.
Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

17 2020 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə