Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan universitetlərinin yeni əməkdaşlıq layihəsi

Azərbaycan universitetlərinin yeni əməkdaşlıq layihəsi

Bugünlərdə Bakı Biznes Universitetində bu ali məktəbin koordinatoru olduğu “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində konfrans  keçirilir.

Toplantıda layihənin tərəfdaşı olan ölkəmizin ali məktəblərindən Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texnologiya, Naxçıvan, Sumqayıt Dövlət, Azərbaycan Turizm və Menecment, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Kooperasiya , Odlar Yurdu, Gəncə Dövlət və Mingəçevir Dövlət universitetlərinin rektorları və prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak etmişdir.

Konfransı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri müzakirə edilmiş və layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

Konfransın davamı olaraq yanvarın 18-də akı Biznes Universitetində tələbəyönümlü təhsillə bağlı tədbir keçirilməsi də nəzərdə tutulmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”

17 2020 12:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə