Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaşıqla müayinə üsulu...

Qaşıqla müayinə üsulu...

Bu üsul hələ sovet illərindən dəbdədir. Bir çoxları nəticəsinin 100% olduğunu bildirir. Evdə bir çay qaşığı ilə sağlamlığınızda bəzi problemləri aşkara çıxara bilərsiz.

Onu evdə istənilən adam özü üçün edə bilər. Səhər yuxudan oyanan kimi çay qaşığını götürüb, arxa hissəsini dilinizin üzərinə, bir qədər arxaya doğru da olmaqla bir iki dəfə sürtüb, dilin üzərində 3 dəqiqə saxlayırsız.

Sonra qaşığı götürüb, 1 dəqiqənin ərzində bu sxemlə nəticə çıxarmalısınız.

– Qaşıqdan pis qoxu gəlirmi, üzərində ərp varmı?

Əgər bunlar yoxdursa, deməli, siz sağlamsınız. Əgər varsa, problemlər var.

– Ağ, sarı ərp – qalxanvari vəz problemidir;

– Bənövşəyi ləkə, ərp – nadir halda olur, amma varsa qanda xolesterin, ürək problemi və bronxit əlamətidir;

– Narıncı ərp- böyrək problemidir;

– Kəskin, dözülməz qoxu – mədə-bağırsaq, həzm xəstəlikləri;

– Şirin qoxu – diabet və şəkərdən öncəki ərəfə;

– Ammiak qoxusu – böyrək problemləri var.

Qaşıq testiniz yaxşı çıxmayıbsa, ilk işiniz terapevtə müraciət etməkdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 11:20 -

Köhnə versiyamızdan xəbərləri izlə