Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqtonda 20 Yanvar faciəsinə və Azərbaycanın müstəqilliyinə həsr olunmuş tədbir keçirilib

Vaşinqtonun mötəbər və tarixi məkanlarından biri olan Qadınların Milli Demokratik Klubunda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycanın müstəqilliyinin 3 dekadası” mövzusunda tədbir təşkil olunub. Tədbirdə dövlət qurumları, ABŞ-da akkreditə olunmuş səfirlər, hərbi attaşelər və diplomatlar, yerli ictimaiyyət və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata əsasən, iki hissədən ibarət olan tədbirin başlanğıcında Azərbaycanın ABŞ-dakı Səfirliyinin nümayəndəsi və ABŞ akademik dairələrində regionumuz üzrə ən  yaxşı tarixçi, çoxsaylı əsərlərin müəllifi kimi tanınmış alim Dr. Frederik Star çıxış edib.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı Səfirliiyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırladıb, müxtəlif din və xalqların nümayəndələrinin, çoxsaylı günahsız dinc insanın qətlə yetirildiyi bu amansız cinayətin nəinki Azərbaycan xalqını qorxutmadığını, müstəqillik iradəsini daha da möhkəmləndirdiyini vurğulayıb. Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev 21 yanvar tarixində Moskvada mətbuat konfransı keçirərək İttifaq dövlətinin rəhbərliyini ciddi tənqid etmişdir. Ümummilli liderin həmin zaman bu faciəni törədənlərin cəzalandırılmasını tələb etməsi xalqımızın öz mübarizəsini davam etdirməsinə çağırış kimi dəyərləndirilmişdir.  

Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas məğzini dövlətçiliyimizin və müstəqilliyimizin qorunması, gücləndirilməsi təşkil edir.

Dr. Frederik Star çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin tarixi kontekstini izah edib, 20 Yanvar faciəsi ilə yanaşı Azərbaycana qarşı törədilmiş digər bir çox təxribatlar barədə söz açıb. O, 20 Yanvar faciəsindən sonra Sovet hakimiyyətinin mənəvi əsasını və legitimliyini itirdiyini bildirib. Bunun da nəinki Sovet hakimiyyətinin sonunu gətirdiyini, eyni zamanda Azərbaycanda və regionda yeni başlanğıcın təməlini qoyduğunu vurğulayıb. Dr. Star qeyd edib ki, Azərbaycan xalqının 20 Yanvar faciəsindən sonra müstəqillik əzminin daha da güclənməsi digər xalqların da müstəqillik yolunu rəvanlaşdırıb.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım konserti ilə çıxış ediblər, Azərbaycan və dünya klassiklərinin musiqilərini ifa ediblər. Bəddi hissə “Yaşa Azərbaycan” musiqisi ilə yekunlaşıb.

“Xalq qəzeti”

16 2020 17:03 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə