Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər sahilinin sintetik torlardan təmizlənməsi məqsədilə növbəti reyd keçirilib

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin  Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib. 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki,  qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir. “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

16 2020 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə