Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizm jurnalı təqdim olunub

Turizm jurnalı təqdim olunub

Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini bildirərək təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb.

Diqqətə çatdırılıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.

Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur.

Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2020 12:24 -

Köhnə versiyamızdan xəbərləri izlə