Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində

“Məhəbbət tanqosu” Opera və Balet Teatrının səhnəsində

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri, tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır.

Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Birpərdəli baletin truppa rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.

İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti” 

22 2018 13:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin