Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda məşğulluğa dəstək layihəsi” ilə bağlı maarifləndirmə

“Azərbaycanda məşğulluğa dəstək layihəsi” ilə bağlı maarifləndirmə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanacaq müqaviləyə əsasən həyata keçiriləcək “Azərbaycanda məşğulluğa dəstək layihəsi” barədə maarifləndirmə tədbirlərinə başlayıb.

Tədbirlərə rayon (şəhər) məşğulluq mərkəzlərində qeydiyyatda olan və özünüməşğulluq proqramına müraciət etmək istəyən  işaxtaran və işsiz vətəndaşlar cəlb edilir. İlk belə tədbir Bakı, Sumqayıt, Quba, Qusar və Xaçmazdan olan vətəndaşlar üçün keçirilib.

İştirakçılara layihənin  özünüməşğulluq proqramına verəcəyi dəstək, layihəyə cəlb edilənlərin vəzifələri, Dünya Bankının bu layihə üzrə standartları və s. barədə məlumat verilib.  Qeyd edilib ki, layihənin məqsədi həssas əhali qruplarının özünüməşğulluğunu və bu əsasda əmək bazarına daxil olmasını, sahibkarlığa çıxışını dəstəkləmək, müstəqil surətdə gəlir əldə etmək imkanlarına malik olmalarına şərait yaratmaqdır.

Maarifləndirmə tədbirlərinin digər rayonlarda keçirilməsi planlaşdırılır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2020 11:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə