Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlər turistlərə kompensasiya verməlidirlər

Müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlər turistlərə kompensasiya verməlidirlər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə ölkəmizdə turizm prosesi iştirakçılarının vəzifələri müəyyən edilib.

Sənədə əsasən, turizm sahəsinin peşəkarları turistlərə təyinat yerləri və səfər, qəbul və qalma şərtləri haqqında obyektiv düzgün məlumatlar təqdim etməlidirlər. Onlar müştərilərə təklif etdikləri müqavilələrin müddəalarının istər təqdim etməyi öhdələrinə götürdükləri xidmətlərin xarakteri, qiyməti və keyfiyyəti baxımından, istərsə də müqavilə öhdəliklərinin onlar tərəfindən birtərəfli şəkildə pozulduğu təqdirdə, öhdəliklərin aydınlığını təmin etməlidirlər.

Kodeksdə qeyd edilir ki, turizm sahəsinin peşəkarları dövlət hakimiyyəti orqanları ilə birlikdə, onlardan asılı olan həddə, turistlərin təhlükəsiziyinin, sağlamlığının mühafizəsinin və qida gigiyenasının qayğısına qalmalıdırlar. Turizm şirkətləri lazımi sığorta və yardım sistemlərini təmin etməli, milli qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə müvafiq olaraq hesabat vermək öhdəliyi götürməli, onlar tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilmədiyi halda ədalətli kompensasiya təqdim etməlidirlər.

Sənədə əsasən, turizm sahəsinin peşəkarları onlardan asılı olan həddə turistlərin səfər zamanı öz dini ehtiyaclarını ödəməsinə imkan yaratmalıdırlar.

Mətbuat, xüsusilə də ixtisaslaşdırılmış turizm mətbuatı və müasir elektron rabitə vasitələri də daxil olmaqla, digər kütləvi informasiya vasitələri turistlərin səfər etmə sayına təsir göstərə biləcək hadisə və vəziyyətlər haqqında düzgün və balanslaşdırılmış informasiyanın verilməsini təmin etməlidirlər. Onlar həmçinin turizm xidmətləri istehlakçılarını dəqiq və etibarlı məlumatlarla təmin etməlidirlər.

“Xalq qəzeti”

15 2020 16:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə