Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz düzgün idarəçilik sayəsində durmadan inkişaf edir

Ölkəmiz düzgün idarəçilik sayəsində durmadan inkişaf edir

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısının giriş və yekun nitqlərində səslənən olduqca dəyərli fikir, tövsiyə və tapşırıqlar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrində dərin məmnunluq hissi doğurub. Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Anar Ağayev bu barədə fikir və düşüncələrini bizimlə bölüşərkən dedi: 
– Müşavirənin materiallarını televiziyadan dərin maraqla izlədim. Tədbirdə aparılan geniş və işgüzar müzakirələr zamanı, həm keçən il ölkəmizdə görülmüş işlərə yekun vuruldu, həm də bu il görüləcək işlərlə bağlı işgüzar söhbət açıldı. 
Cənab Prezident dedi ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir”. Mən bu fakt və rəqəmləri eşidəndə, sonsuz dərəcədə qürur hissi keçirdim. 
Bəli, Azərbaycanın hərtərəfli uğurları göz qabağındadır. Xalqımızın hər bir ziyalısı kimi, mən də buna görə çox sevinirəm. Hesab edirəm ki, ölkəmizdə bütün sahələrdə qazanılan parlaq uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində mümkün olub. Fikrimcə, ölkəmizdə uğurlu, düzgün idarəçilik sistemi yaradılıb. Reallıq budur ki, Azərbaycan düzgün idarəçilik sayəsində durmadan inkişaf edir. 
Möhtərəm Prezidentin işğalçı Ermənistanın məkrli, ədalətsiz daxili və xarici siyasəti ilə bağlı fikirləri də çox maraqlı idi. Siz təzada fikir verin: Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır, Ermənistan isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaldılıb. Ermənistan dövlətinin xisləti məhz budur. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti”

15 2020 01:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə