Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sabitlik məkanı olaraq qalır

Azərbaycan sabitlik məkanı olaraq qalır

“Son illər dünyanın müxtəlif yerlərində gərginlik, toqquşmalar, miqrant axını, qarşıdurmalar, polis zarakılığı artsa da, ölkəmiz sabitlik məkanı olaraq qalır. Baş verən xoşagəlməz hadisələr, insan haqlarının kobudcasına pozulması, maliyyə və iqtisadi böhran iri şirkətlərə ağır zərblərə vurur, iş yerləri ixtisara düşür, bəzi şirkətlər müflis olurlar. Bunun da nəticəsində əksər ölkələrdə yoxsulluğun səviyyəsi getdikcə yüksəlir. Azərbaycanda isə hər şey, demək olar ki, əksinədir. Yəni əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir, yoxsulluğun səviyyəsi 5 faizə enib, yeni iş yerləri açılıb, qarşıya qoyulan layihələr uğurla icra olunub. Bütün bunlar düzgün müəyyənləşdirilmiş siyasi kursun məntiqi nəticəsidir”.

Bu fikirləri Prezident İlham Əliyevin yanında keçirilən 2019- cu ilin yekunlarına həsr olunmuş müşavirəyə münasibət bildirən beşinci çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İBRAHİMQIZI bildirdi.
İlk təşkilat sədri dedi ki, müşavirədə ötən ilin bütün sahələr üzrə yekunu ilə əlaqədar geniş təhlil aparıldı, qazanılan uğurlar barəsində məlumat verildi. Dövlətimizin başçısı ilin yekunlarının təhlil etdikdən sonra müşavirə iştirakçılarına öz tapşırıq və tövsiyələrini verdi. M. İbrahimqızı ötən il respublikamızın yenə də nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdikləri məkana çevrilməsindən söhbət açdı. Dedi ki, hər ölkə beynəlxalq təşkilatların tədbirlərinə, dünya miqyaslı idman yarışlarına, humanitar dialoqlara evsahibliyi edə bilməz: “Bundan ötrü, ilk növbədə, etibarlı sabitlik, iqtidar-xalq birliyi və iqtisadi güc olmalıdır. Ötən il Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, Yaxın Şərqdə, o cümlədən bizim bölgəmizdə gərginlik artdığı bir zamanda Azərbaycan yenə də sabit ölkə adını qoruyub saxladı. Məhz bu əmin-amanlığa görə ölkəmiz ötən il Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının və Dünya Dini liderlərinin zirvə görüşlərinə evsahibliyi etdi. Bundan başqa, bir sıra nüfuzlu tədbirlərin keçirilməsi üçün də respublikamız seçildi. Daha bir qürurverici xəbər isə Dünya Astronavtika Konqresinin 2022 –ci ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsi oldu”. 
M.İbrahimqızı bütün bunların dünya birliyində ölkəmizə olan inam və etimadın göstəricisi olduğunu bildirdi: “ Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Xalqımız ötən il də bu uğurların şahidi oldu”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

 

15 2020 01:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə