Ən son xəbərlər
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının startında ən yaxşı nəticəni yaponiyalı tatami ustaları göstərmişlər. Onlar iki gündə 6 medal – 3 qızıl, 2 gümüş və 1 bürünc mükafat qazanaraq komanda hesabında lider mövqeyinə yüksəlmişlər.
İkinci–üçüncü yerləri Ukrayna (1 qızıl, 1 bürünc medal) və Rusiya (1 gümüş mükafat) yığmaları tuturlar.
Bu gün dünya çempionatı 57 kq çəki dərəcəsində çıxış edən qadınların və 73 kq çəkidə mübarizə aparan kişilərin görüşləri ilə davam etdirilir.
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin