Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətənpərvərlik kinosu həftəsi”

“Vətənpərvərlik kinosu həftəsi”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Vətənpərvərlik kinosu həftəsi" keçirilir.

Yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər göstəriləcək və yaradıcı heyətlə görüş olacaq.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Film nümayişləri dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Vətənpərvərlik kinosu həftəsi" çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində keçirilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2020 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə