Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Wall Street Journal" “Human Rights Watch” təşkilatının Yaxın Şərq üzrə direktorunun erməniyönümlü fəaliyyətini ifşa edib

“Wall Street Journal” nəşrində yer alan məqalədə “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitsonun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda qanunsuz tikintinin aparılmasını dəstəkləməsi ciddi tənqid olunub.

Məqalədə qeyd edilir ki, S.L.Uitsonun tikintisini dəstəklədiyi qəsəbələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşir: “Ermənistan rəhbərliyi sakinlərin bu regiona köçürülməsini təşviq edib. BMT, beynəlxalq məhkəmələr və ABŞ Dağlıq Qarabağı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi hesab edirlər”.

Bildirilir ki, erməni ailəsində böyümüş S.L.Uitson 2018-ci ildə işğal olunmuş ərazilərdə tikinti işlərini dəstəkləyən və Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” kimi qəbul edən Amerika Erməni Milli Komitəsi üçün vəsait toplanması üzrə tədbirlərin təşkilatçısı kimi çıxış edib.

S.L.Uitson özü isə bildirib ki, onun erməni diaspor təşkilatlarını şəxsən dəstəkləməsi Ermənistanda “xeyriyyə və maarifləndirmə” fəaliyyəti və “qondarma “erməni soyqırımı”nın tanınması üçün təbliğat” səyləri ilə bağlıdır.

“Xalq qəzeti”

15 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə