Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib ki, Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.

Nigar Arpadarai qeyd edib ki, yarış ilk dəfə keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb: "Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır".

N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm 2019-cu ildə 10 faiz artaraq 90.2 milyon nəfər təşkil edib.

Şöbə rəhbəri bildirib ki, Formula 1 yarışları indiyə qədər Azərbaycana 506.3 milyon dollar gəlir gətirib. Bu məbləğ Formula 1 yarışları ilə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

“Xalq qəzeti”

15 2020 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq

Köhnə versiyamızdan xəbərləri izlə