Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reyd keçirilib

Reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, həmin nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində növbəti reyd keçirilib.

Reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində  2,35 m3 həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.

Faktla bağlı sexin sahibi barədə akt tərtib olunub və 1903,18 manat məbləğində ziyan tətbiq edilib.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

22 2018 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin