Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sutka ərzində İdlibi min nəfər dinc sakin tərk edib

Suriyanın yaraqlıların nəzarət etdiyi İdlib zonasını  min nəfər dinc sakin tərk edib. RİA “Novosti”nin məlumatına  görə, buna səbəb İdlibdə yaradılan keçid məntəqəsi olub.

Rusiyanın atəşkəs üzrə Suriyadakı nümayəndəsi general-mayor Sergey Jmurin bildirib ki, sakinlər ərzaq və tibbi ləvazimatla da təmin ediliblər.
İdlib əyalətinin müvəqqəti qubernatoru Fadiz Adun bildirib ki, hələ də bəzi sakinlər yaraqlıların əllərindədir.  Əgər onlar da azad edilsə, 50 min dinc sakin öz evinə qayıda bilər. Bununla bağlı yaraqlılarla danışıqlar aparılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

15 2020 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 10:00
Mənanın sərrafı, sözün vaqifi

Köhnə versiyamızdan xəbərləri izlə