Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İordaniya Kralı İŞİD-in yenidən fəallaşdığını bildirib

İordaniya Kralı İŞİD-in yenidən fəallaşdığını bildirib

BBC-nin yaydığı məlumata görə, İordaniya Kralı II Abdullah bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar.  O, terrorçuların təkcə Suriyanın şərqində deyil, eyni zamanda,  İraqın qərbində də  fəallaşdıqlarını diqqətə çatdırıb.

Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən kral qeyd edib ki, əvvəllər Suriyada döyüşən terrorçular indi Liviyaya toplaşıblar. O deyib: “Avropaya daha yaxın olan Liviyada baş verənlər çox mühümdür. Suriyanın İdlib şəhərindən minlərlə döyüşçü Liviyaya gedib. Bu, regionda yerləşən mənim ölkəm və Avropa üçün ciddi məsələdir”.
Qeyd edək ki, ABŞ və İran arasında gərginliyə toxunan II Abdullah bildirib ki, onun ölkəsi yaxın aylarda regionda gərginliyin azalmasının tərəfdarıdır. Onun sözlərinə görə, indi vəziyyətdə yumşalma hiss olunur və İordaniya bunun davam etməsini arzu edir. “Tehranda baş verənlər Bağdad, Amman, Beyrut, İsrail–Fələstin prosesinə də təsir göstərə bilər” –deyə kral vurğulayıb. O xatırladıb ki, İordaniya Haşimilər Krallığı Suriyadan olan 1,3 milyon qaçqına sığınacaq verib.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

15 2020 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə