Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada Liviya üzrə danışıqlar uğursuzluğa uğrayıb

Moskvada Liviya üzrə danışıqlar uğursuzluğa uğrayıb

Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Sarac və Liviya Milli Ordusunun komandanı Xəlifə Həftər arasında Moskvada aparılmış sülh danışıqları nəticəsiz başa çatıb. Bu barədə Liviya Ali Dövlət Şurasının başçısı Xalid əl-Mişri bəyan edib. Məlumatı “Lenta.ru” verib. 

Məlumata görə, Həftər ordusunu Tripolidən çıxarmaq istəməyib. O, eyni zamanda, hesab edir ki, irəli sürdüyü təkliflər hazırlanmış sülh müqaviləsində nəzərə alınmayıb. 
Milli Barışıq Hökuməti isə Türkiyə və Rusiya ilə danışıqlar aparmaqda davam edir. Liviya rəsmilərinin fikrincə, Moskva danışıqları münaqişəni qeyri-hərbi yolla nizamlamağa kömək edəcək. 
Xəlifə Həftərin müqaviləyə imza atmaqdan imtina etməsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, feldmarşala yaxşı dərs vermək lazım gələcək. Onun sözlərinə görə, qiyamçı Həftər Milli Barışıq Hökumətinin başçısı Faiz Saracla sülh müqaviləsini imzalamaqdan imtina etdikdən sonra Moskvadan qaçıb: “Əgər hamı tərəfindən tanınmış Liviya hökumətinin mövqelərinə zərbələr bərpa edilərsə, Türkiyə Həftərə lazımi dərs verməyə hazır olacaq”. 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da oxşar bəyanatla çıxış edib. Onun fikrincə, Həftər sülh müqaviləsini imzalamamaqla kimin müharibə, kimin sülh istədiyini göstərib. 
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə xatırladıb ki, Liviya dövlətçiliyinin məhvində günah NATO-nun üzərinə düşür: “Dövlətçilik NATO tərəfindən 2011-ci ildə dağıdılıb və bu cinayətkar, qeyri-qanuni avantüranın ağır nəticələrini hamımız yaşayırıq”. 
Onun sözlərinə görə, alyansın hərəkətlərindən ən çox Liviya xalqı əziyyət çəkib. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

15 2020 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə