Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

C.Konte Türkiyəyə səfərinin nəticələrini şərh edib

C.Konte Türkiyəyə səfərinin nəticələrini şərh edib

İtaliyanın Baş Naziri  Cüzeppe Konte Türkiyəyə dünən başa çatmış səfərinin nəticələrini şərh edərkən deyib ki, o, Ankaranın Liviyada atəşkəsin əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

C.Konte sonra deyib: “Bizim məqsədimiz suveren, müstəqil Liviyadır. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır”.
Baş Nazir Liviyada sülhün bərqərar olunması üçün dünyanın aparıcı dövlətlərinin öz səylərini birləşdirməli olduqlarını bildirib. O söyləyib ki, Türkiyə lideri R.T.Ərdoğan da məhz bu fikirdədir. 
C.Kontenin sözlərinə görə, rəsmi Roma Liviyada silahlı qarşıdurmaya son qoyulmasında və bu ölkədə  demokratik proseslərin başlanmasında maraqlıdır. Lakin o bildirib ki, bunun üçün müəyyən vaxt tələb olunur. 
İtaliya lideri Ankarada Türkiyə Prezidenti ilə görüş zamanı Liviya ilə yanaşı Suriyadakı vəziyyəti də geniş müzakirə etdiyini bildirib. 
Xatırladaq ki, Ankara İdlibdə deeskalasiya zonasının saxlanılmasına çalışır və bir sıra aparıcı dövlətlərdən, o cümlədən İtaliyadan buna dəstək istəyir.  İtaliya hökumətinin başçısı bu sahədə də Türkiyə ilə həmrəyliyini ifadə edib.

 

M.HACIXANLI, “Xalq qəzeti”  

15 2020 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə