Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kori Buker mübarizəni dayandırıb

Kori Buker mübarizəni dayandırıb

“ABC News” telekanalının yaydığı məlumata görə, 2020-ci ildə ABŞ prezidentliyinə namizədlərin mübarizəsində iştirak edən ilk demokratlardan biri – Nyu-Cersi ştatından olan senator Kori Buker seçkiqabağı kampaniyasını dayandırdığını elan edib.

Bildirilir ki, Buker bu barədə bəyanatını seçkiqabağı kampaniyanın saytında yerləşdirib. O qeyd edib ki, prezidentlik uğrunda mübarizədən çıxmasının əsas səbəbi maliyyə vəsaitinin çatışmamasıdır. Senator bəyan edib ki, maliyyə ianələrinin qalan məbləği kampaniyanın əməkdaşlarına məvacib kimi ödəniləcək.
Xatırladaq ki, Buker seçkiqabağı kampaniyaya ötən il fevral ayında başlayıb. O, prezident vəzifəsinə iddia edən yeddinci demokrat idi. Bukerin kampaniyası 2019-cu ilin dördüncü rübündə 6,6 milyon dollar vəsait toplayıb. Bu, Berni Sandersin və keçmiş vitse-prezident Co Baydenin seçkiqabağı kampaniyaları nəticəsində toplanmış ianələrlə müqayisədə (müvafiq surətdə 35 milyon və 23 milyon dollar) xeyli azdır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 2020 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə