Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qəbələ" macarlara uduzdu

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində ilk oyununu keçirib. 

Sport24.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Macarıstanın MTK klubu ilə qarşılaşıb.

 Budapeştdə  “Karvansaray” otelinin meydançalarında baş tutan qarşılaşma əyalət təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə nəticələnib. Halbuki ilk hissə qolsuz bərabərliklə nəticələnib. Rəqib ikinci hissədə 17 dəqiqəyə (52, 61 və 69-cu dəqiqələrdə) qapımıza yol tapıb. 

 Komandalar ötən qışda da Antalyada yoxlama oyununda üz-üzə gəliblər. Həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına heyətində olmayan Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıblar. Rəqiblər UEFA Avropa Liqasının 2016/17 mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə “qırmızı-qaralar” qalib gəlib mərhələ adlayıb - 2:1, 2:0.

 Xatırladaq ki, “Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Təmsilçimiz növbəti görüşünü yanvarın 18-də Rusiyanın I liqa təmsilçisi “Çayka” ilə keçirəcək. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

15 2020 11:47 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə
6 İyul 2020 | 22:42
20-ci dəfə qalib

Köhnə versiyamızdan xəbərləri izlə