Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli politoloq Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirdi

Türkiyəli politoloq Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirdi

Türkiyəli politoloq, Cihad Rəhmi Akar  Azərbaycanda son dövrlərdə aparılan uğurlu siyasətin arxasında dayanan faktorlar barədə danışıb.  Politoloq qeyd edib ki, xüsusən 2019 – cu ilin ilk günlərindən etibarən qardaş Azərbaycanın bütün sahələrində aparılan islahatları yüksək dəyərləndirib.

O əlavə edib ki, Prezident İlham Əliyevin apardığı uzaqgörən  siyasətin nəticəsi kimi,  islahatlar Azərbaycanın gələcəyi, işıqlı sabahı baxımından olduqca önəmlidir: “Ölkədə bütün sahələrdə həyata keçirilən yeniliklər, xüsusilə də kadr islahatları onu deməyə əsas verir ki, bundan sonra  Azərbaycan regionda və beynəlxalq aləmdə daha da güclənəcək, siyasi çəkisi daha da artacaq.  Azərbaycanın milli-mədəni irsi, milli musiqisi, tolerantlıq, multikulturalizm ənənələri, eləcə də  xeyriyyə layihələri Heydər Əliyev Fondunun ölkədə və  Azərbaycandan kənarda reallaşdırdığı əhəmiyyətli  tədbirlər sırasında mühüm yer tutur. Odur ki, fondun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın  fəaliyyəti təqdir edilir. Onun xüsusi qayğıya ehtiyacı olan uşaqlarla, şəhid ailələri və qazilərlə görüşləri, bu kateqoriyadan olan insanlara ümid işığı olması çox əhəmiyyətli məqamlardandır. Onun fəaliyyəti bizdə bir daha əminlik yaradır ki, Mehriban xanım Türk və İslam dünyasında güclənən Azərbaycan dövlətinin nümunəvi işgüzar xanımı olaraq, fəaliyyətinin hər bir istiqamətində ölkəsinin milli-mədəni dəyərlərini qorumaqla yanaşı, Azərbaycanın daha da çiçəklənməsi, qüdrətlənməsi üçün çalışır. 

Azərbaycanda gedən sürətli inkişafı görməmək mümkün deyil. Hər dəfə qardaş ölkəyə gələndə bu aydın hiss olunur. Təkcə Bakıda yox,  Azərbaycanın bölgələrində də eyni  dinamik inkişaf var. Bunu anti-türk və anti-islam qüvvələr görmək istəməsələr də, xalq cənab Prezidentə, onun ətrafında olan qüvvələrə, eləcə də  Mehriban xanıma  inanır, dövlətin apardığı siyasəti dəstəkləyir.

Gələn ay qardaş ölkə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər ölkənin ictimai-siyasi həyatında önəmli hadisə kimi yeni parlamentin formalaşmasında mühüm rol oynayacaq. Ümid edirəm ki, Azərbaycan xalqı bu seçkidə də fəallıq göstərərək azad və demokratik mühitdə öz siyasi iradəsini ortaya qoyacaq, layiqli namizədlərə səs verəcəklər.

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

14 2020 15:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə