Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeraltı piyada keçidləri təmizlənir

Bakı şəhərində və şəhər ətrafı avtomobil yollarında olan yeraltı piyada keçidlərində təmizlik işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib.

Bu çərçivədə yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi piyada keçidlərindən istifadə edən vətəndaşlardan təmizliyə riayət etmələrini və siqaret kötüyü, saqqız kimi istifadə olunmuş hər hansı qalığı yerə, xüsusi ilə barmaqlıqların arasına atmamağı xahiş edir.

Efsanə  BAYRAMQIZI,
“Xalq qəzeti”

14 Yanvar 2020 14:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə