Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunda “Açıq qapı” günü olacaq

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyası ilə əlaqədar yanvarın 17-də  “Açıq qapı” günü keçiriləcək. Bu barədə Aİİ-nin mətbuat xidmətindən bildirilib.

Valideynlər, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələri təşkil olunacaq “Açıq qapı” günündə iştirak edə, imtahan sessiyasını yaxından izləyə bilərlər.

“Açıq qapı” günündə imtahan prosesini izləyənlərə 2019-2020-ci tədris ili payız semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində hansı tədbirlərin görüldüyü barədə məlumat veriləcək. Onlar, eyni zamanda, imtahan keçirilən auditoriyalarda olub, ayrı- ayrı fənlər üzrə qış imtahan sessiyasını izləyə biləcəklər.

Qeyd edək ki, imtahanlar ictimaiyyətə açıq təşkil olunur. Sessiyaya nəzarət aparıcı təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, media nümayəndələri və bir tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirilir. İmtahanlarda şəffaflığın təmin olunması üçün ictimaiyyət nümayəndələri və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki,  imtahanlar 31 yanvar 2020-ci ilədək davam  edəcək.

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

14 2020 14:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə