Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmatçı qadınlarımız "Qarabağ" formasında

Şahmatçı qadınlarımız

Qadın şahmat millisi “Qarabağ” klubuna dəstək nümayiş etdirib.

Məlumatda bildirilir ki, Respublika Şahmat Mərkəzində bir araya gələn qadın şahmatçılar komandanın baş məşqçisi Qurban Qurbanovun onlara hədiyyə etdiyi "Qarabağ"ın formalarını geyinərək, sosial şəbəkələrdə paylaşıblar.

"Qarabağ"ın sosial şəbəkə hesabı xanım şahmatçılara təşəkkür edib: "Meydanda biz, masada siz, Qarabağ Azərbaycandır! Sizə "Qarabağ" forması yaraşır!"

Xatırladaq ki, ötən il Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatının 9-cu turunda Ermənistan üzərində 3:1 hesabı ilə qələbə qazanan millimiz tarixində 2-ci dəfə bürünc medallara qovuşmuşdu.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

14 2020 14:14 - İDMAN
İDMAN
29 Yanvar 2020 | 11:16
"Kəpəz" qələbə qazandı
27 Yanvar 2020 | 11:49
Messidən yeni anti-rekord

Köhnə versiyamızdan xəbərləri izlə