Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci ildə Azərbaycan qazının Bolqarıstana nəqli üzrə planlar açıqlanıb

Bolqarıstanın Energetika Nazirliyi bildirib ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) layihələndirilməsi, tikintisi və satınalmalar üzrə podratçısı olan Yunanıstanın AVAX SA şirkəti layihənin reallaşdırılması zamanı yaranan istənilən ləngimənin qarşısını alacaq.

Qeyd olunur ki, IGB-nin tikintisinin gedişatı Bolqarıstanın Energetika naziri Temenujka Petrova, eləcə də ICGB AD və AVAX SA şirkətlərinin nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

AVAX SA şirkətlərinin nümayəndəsi bildirib ki, interkonnektorun tikintisi yüksək standartlara uyğun davam edir və müqavilədə qeyd edilən vaxtda başa çatacaq: “2020-ci il yanvarın sonunadək Bolqarıstan və Yunanıstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca işçi sahələrdə müvəqqəti qurğuların tikintisi başa çatmalıdır”.

Podratçı qeyd edib ki, tikinti cədvəlinə uyğun olaraq boruların mərhələli tədarük planı hazırlanır və onların saxlanması üçün müvəqqəti sahələr ayrılır.

Nazir T. Petkova bildirib ki, IGB təkcə Yunanıstan və Bolqarıstan üçün deyil, həm də bütün Cənub-Şərqi Avropa üçün strateji layihədir. Onun sözlərinə görə, layihə qaz təchizatı mənbələrini şaxələndirməyə imkan verəcək.

T.Petkova vurğulayıb ki, Energetika Nazirliyi layihənin vaxtında, Trans-Adriatik Boru Kəməri (TAP) ilə eyni vaxtda başa çatması üçün kömək göstərməyə hazırdır.

“Xalq qəzeti”

14 Yanvar 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə