Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dani Kintana da "Qarabağ"dan ayrılmaq üzrədir

Asmir Beqoviçlə Riçard Almeydanın ardından daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər.

Məlumata görə, ispaniyalı yarımmüdafiəçi Dani Kintana Ağdam təmsilçisindən ayrılmaq üzrədir. 32 yaşlı futbolçu ərəb və Çin klublarından sərfəli təkliflər alıb. Çinin II liqa klublarından biri ona ciddi müqavilə şərtləri ilə müraciət edib. Transferdə son sözü "Qarabağ" rəhbərliyi deyəcək.

Qeyd edək ki, Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm 24 oyuna 6 qol vurub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

14 2020 12:47 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə