Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan yazıçısının əsəri İranda çap olunub

Azərbaycan yazıçısının əsəri İranda çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Cəfəroğlunun “Dənizçinin səyahəti” əsəri İran İslam Respublikasının Zəncan şəhərində “Möhür qələm” nəşriyyatında fars dilində çap olunub.

Əsər fars dilinə iranlı jurnalist və tərcüməçi Sahra Rzayi tərəfindən tərcümə edilib.

Bu povest ilk dəfə Azərbaycanda 2013-cü ildə işıq üzü görüb. Povestdə Avropa və Asiyanın müxtəlif ölkələri- Yaponiya, Çin, Vyetnam, Almaniya, Cənubi Koreya və. s haqqında maraqlı məlumatlar verilib. Əsərdə azərbaycanlı səyyahın dəniz yolu ilə bu ölkələrə səfəri və başına gələn maraqlı hadisələr yazıçı tərəfindən obrazlı və oxunaqlı dillə təsvir olunub.

Qeyd edək ki, Əli Cəfəroğlunun indiyədək yeddi kitabı işıq üzü görüb. Onun əsərləri müxtəlif dillərdə xarici dərgilərdə dərc olunub. Bu, müəllifin xaricdə işıq üzü görən ilk kitabıdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə