Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi haqqında yeni monoqrafiya nəşr olundu

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin böyük humanist sənətkar İmadəddin Nəsiminin həyat və yaradıcılığına yeni, müasir baxışı əks etdirən "Çağdaşımız Nəsimi" adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, monoqrafiyada dahi Azərbaycan şairinin ölməz yaradıcılığının çağdaş əhəmiyyətinə, xalqımız və ümumilikdə bəşəriyyətimiz üçün aktuallığına nəzər salınır, əsas diqqət Nəsimi humanizminin və poetikasının araşdırılmasına yönəldilir.

Kitaba, həmçinin ulu öndər Heydər Əliyevin 1972-1973-cü illərdə imzaladığı "İmadəddin Nəsiminin 600 illik yubileyinin təşkili və qeyd olunmasına dair Tədbirlər Planı haqqında" Azərbaycan KP MK bürosunun qərarı və "İmadəddin Nəsiminin 600 illik yubileyinin qeyd edilməsinə dair əlavə Tədbirlər Planı"nın surətləri əlavə edilərək ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.

Mütəxəssislərlə yanaşı, orta əsrlər Azərbaycan ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq bu monoqrafiyanın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, "Ön söz"ünün müəllifi isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 12:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə