Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA "Nəsimi ili" çərçivəsində görülən işləri açıqlayıb

AMEA

"Nəsimi ili" çərçivəsində qarşıda duran vəzifələrdən biri İmadəddin Nəsiminin timsalında Azərbaycançılıq ideyalarının təbliği idi". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfransda AMEA-nın I vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

O, Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə edib.

İ.Həbibbəylinin sözlərinə görə, elmi sessiya Azərbaycan Prezidentinin “Nəsimi ili” haqqında sərəncamına uyğun olaraq keçirilir.

O bildirib ki, “Nəsimi ili” çərçivəsində keçirilən müxtəlif tədbirlər nəticəsində Nəsimi Azərbaycan şairi kimi dünyaya tanıdılıb.

İ.Həbibbəyli vurğulayıb ki, "Nəsimi ili" ərzində Azərbaycan Milli Elmlər Akademiyasında Nəsimi ilə bağlı 36 kitab dərc edilib.

AMEA-nın I vitse-prezidenti qeyd edib ki, alimlər və araşdırmaçılar Prezidentin sərəncamına uyğun olaraq, “Nəsimi ili”nə elmi kitablar və monoqrafiyalarla töhfə veriblər: "Təsəvvür edin ki, SSRİ dövründə dahi şair haqqında cəmi dörd kitab dərc edilmişdi. Ancaq təkcə bir il ərzində işıq üzü görən çoxsaylı kitablar Nəsimi irsinin araşdırılması, xüsusilə xaricdə öyrənilməsi işinə böyük kömək göstərəcək".

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə