Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əczaçılıq fakültəsi illik hesabatını təqdim edib

Əczaçılıq fakültəsi illik hesabatını təqdim edib

Azərbaycan Tibb Universitetinin (ATU) fakültələri aylıq elmi şura iclaslarına start veriblər. ATU-nun Əczaçılıq fakültəsində 2020-ci ilin ilk elmi şura iclası keçirilib.

Fakültənin dekanı, dosent Kamandar Yaqubov gündəlikdə duran məsələləri toplantı iştirakçılarının diqqqətinə çatdırıb. Dekan fakültədə 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb, imtahanların mütəşəkkil keçirilməsində kollektivin qarşısında duran vəzifələrdən danışıb. O, imtahan suallarının sayı və tərtibatı ilə bağlı kafedra müdirləri və ekspertlərə müvafiq tapşırıqlarını verib.

İclasda Əczaçılıq texnologiyası və idarəciliyi kaferasının illik hesabatı da müzakirəyə çıxarılıb. Hesabatı kafera müdiri, professor Məhbubə Vəliyeva təqdim edib.

Elmi Şurada həmçinin müəyyən müsabiqələrdə yüksək nəticə göstərən tələbələr təltif olunublar. 817 A-1 qrupunun tələbəsi Qəmər Məmmədbəyli “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda keçirilən beynəlxalq müsabiqənin qalibi kimi, 817 A-4 qrupunun tələbəsi Günay Vəlizadə və 519 A-1b qrup tələbəsi Mahirə Sarıyeva isə YAP Nəsimi rayon təşkilatı tərəfindən keçirilən “Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri kimi fakültə və universitetin rəhbərliyi adından diplom və hədiyyələrlə təltif olunublar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə