Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 10457 nəfərə reabilitasiya xidmətləri göstərilib

Ötən il 10457 nəfərə reabilitasiya xidmətləri göstərilib

2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan  8101-i stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Qeyd edək ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində ötən il mühüm işlər aparılıb. 2019-cu ilin noyabr ayında nazirliyin Yevlax və Naftalan şəhərlərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, dekabr ayında isə Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda nazirliyin Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatında, eləcə də Sumqayıt, Şəki, Şirvan, Lənkəran və Xaçmazdakı Əlilliyi olan şəxslərin Bərpa mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 11:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə