Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yağışlı havalarda üzə çıxan revmatizm

Revmatizm (kəskin oynaq revmatizmi) – streptokok infeksiyasının ağırlaşması olub qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir. Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır.  Epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır. Xəstələr revmatizmdən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti hücumu baş verir. Xəstəliyin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmazlığı əlamətləri inkişaf edir.

Revmokardit (ürək forması) – revmatik poliartrit (oynaq forması) --revmatik xoreya (müqəddəs Vitt rəqsi) revmatizmin dəri forması və revmatik plevrit formaları olan xəstəliyin özünəməxsus simptomları var.  Xəstəlik  keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra kəskinləşir. Çox vaxt temperatur 40C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar bir oynaqdan digərinə keçir.

Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər, sonrakı mərhələlərdə isə iltihab əleyhinə müalicə daha effektlidir. Revmatizmdə xalq təbabəti də köməyə gəlir:

Yovşan islatması:– Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 300 ml qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma edilir.

Yonca vannası:– 50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.

Yasəmən cövhəri:– Yarım litrlik bankaya ağzına qədər yasəmən çiçəkləri doldurulur, üzərinə 40%-li spirt əlavə olunur və 21 gün qaranlıq yerdə saxlanılır. Süzüldükdən sonra gündə 3 dəfə 30 damcı yeməkdən əvvəl daxilə qəbul olunur. Müalicə müdəti 3 aydır.

Kərəviz bişirməsi:– 100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.

Sarımsaq cövhəri: – 40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur,  ağzı bağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcı olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə