Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 7 Bakı şəhəri, 13 yanvar 2020-ci il
 
“Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 1.1.2-ci  yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 260; 2013, № 10, maddə 1234; 2017, № 4, maddə 620; 2018, № 6, maddə 1370; 2019, № 2, maddə 349) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
“13-1. Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”. 
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə