Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 6 Bakı şəhəri, 13 yanvar 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin razılaş-dırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293; 2018, № 2, maddə 352, № 4, maddə 818; 2019, № 3, maddə 517, № 7, maddə 1356) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.”.
2. 3.2-ci bənddə “Birinci mərhələdə” sözləri “Qəbul imtahanında” sözləri ilə əvəz edilsin.
3. 3.2.3-cü yarımbənddə “olunmaq” sözü “olmaq” sözü ilə əvəz edilsin.
4. 3.3-cü bənd ləğv edilsin.
5. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin: 
“3.4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.”.
6. 3.5-ci bənddə “imtahanının ikinci mərhələsi əvəzinə,” sözləri “imtahanını verdikdən sonra” sözləri ilə əvəz edilsin.
 7. 4.1-ci bəndin birinci cümləsində “ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının” sözləri “qəbul və qabiliyyət imtahanlarının” sözləri ilə və ikinci cümləsində “bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da” sözləri “qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə” sözləri ilə əvəz edilsin.
8. 4.3-cü bənddə “imtahanın birinci mərhələsində” sözləri “qəbul imtahanında” sözləri ilə əvəz edilsin.
9. 4.4-cü bənd ləğv edilsin.
10. 4.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandan “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.”.
11. 5.1-ci bənddən “iki mərhələdə keçirilən”, “ümumi” və “(balların cəmi)” sözləri çıxarılsın.
12. 5.3-cü və 5.4-cü bəndlərdə “Ümumi” sözü “İmtahan” sözü ilə əvəz edilsin.
13. 5.3.2-ci yarımbənd ləğv edilsin.
14. 6.4.4-cü yarımbənddən “(birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə)” sözləri çıxarılsın.
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə