Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Markov: Növbəti parlament seçkiləri siyasi elitanı yeniləyəcək

“Beynəlxalq müşahidəçilərdən ibarət missiyanın tərkibində mən də Azərbaycana səfər edəcəyəm”. 
Bu barədə rusiyalı politoloq Sergey Markov Müstəqil Media Mərkəzinə açıqlamasında  deyib.  Onun sözlərinə görə, təmsil olunduğu “Vədəndaş dialoqu” missiyası dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edir. Bu missiyanın tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa kimi ölkələrin nümayəndələri də təmsil olunurlar. S.Markov bildirib ki, eyni zamanda, rusiyalı müşahidəçilərdən ibarət nümayəndə heyətinin də Azərbaycana səfəri nəzərdə tutulur: “Bu nümayəndə heyəti Dövlət Dumasının deputatları, Federasiya Şurasının, İctimai Palatanın üzvləri və nüfuzlu ekspertlərdən ibarətdir. Parlamentin tərkibində ciddi dəyişikliyin olacağına, daha fəal mövqeyi olan insanların seçiləcəyinə inam var. Ümid edirəm ki, birlikdə işlədiyimiz, o cümlədən AŞPA-dakı dostlarımızı yeni çağırış Milli Məclisində görə biləcəyik”. 
S.Markov, həmçinin ümidvar olduğunu bildirib ki, növbəti parlament seçkiləri siyasi elitanı yeniləyəcək.

 

Hazırladı:
Anar Əliyev,
“Xalq qəzeti”

 

14 2020 01:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə