Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağnamə” tamaşası 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində nümayiş etdiriləcək

 “Qarabağnamə” tamaşası 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində nümayiş etdiriləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Yanvarın 18-də tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Sabir Məmmədov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov və başqaları ifa edəcəklər.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi və ailə-məişət həyatından bəhs edilir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

13 2020 23:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə