Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan: Paşinyana daxildən və xaricdən təpkilər güclənir

Ermənistanın baş naziri Nikol Paşinyanın ən çox qorxduğu şey başına gəlir. Belə ki, ölkədəki müxalifət qüvvələri birləşərək baş naziri siyasi səhnədən mümkün qədər tez kənara atmağa hazırlaşırlar. 

Siyasi texnoloq Viqen Akopyan “Faktinfo” saytına bildirib ki, 2020-ci il Ermənistanda müxalifətin fəallaşması və taleyüklü siyasi proseslərdə təşəbbüsü ələ alması baş verəcək. Onun fikrincə, artıq bu proses başlanıb və qarşıda Paşinyanı və onun komandasını çətin günlər gözləyir. 
V.Akopyan hesab edir ki, N.Paşinyanın reytinqi son bir il ərzində davamlı olaraq aşağı düşməkdədir. Baş nazirin nüfuznun azalması təbiidir, hakimiyyəti qəsb etmək naminə küçə və meydanlarda kütlə qarşısında  verdiyi vədlərin heç birini yerinə yetirməyib. 
Paşinyanın daxili siyasətdəki uğursuzluqları xarici siyasətdəki kobud səhvləri ilə üst-üstə düşür. Baş nazirin Dağlıq Qarabağ probemini birdəfəlik həll edəcəyi barədə vədi indi təkcə Ermənistanın siyasi elitasında deyil, adi məişət səviyyəsində də gülüş və istehza hədəfinə çevrilib. 
Bu günlərdə Ermənistanın əsas müxalifət partiaysı olan –respublika partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, baş nazir Paşinyanın münaqişə haqqında, guya, hər şeyi bildiyi və prosesi öz nöqteyi-nəzərinə uyğun şəkildə başlayacağı barədə vədləri lovğalıqdan başqa bir şey deyil. 
Ermənistandakı əksər siyasi təhlilçilərin fikrincə, Paşinyanın Dağlıq Qarabağda, bütövlükdə regionda və dünyada baş verənlər barədə bir-birindən gülünc açıqlamaları açıq-aşkar sübut edir ki, həqiqətən, Ermənistan rəhbərliyində  vəziyyəti adekvat qiymətləndirmək qabiliyyəti yoxdur. 
Paşinyan isə vəziyyətinin günbəgün pisləşdiyini hiss edərək özünütəriflə məşğuldur ki, bəlkə bu dəfə də erməniləri aldada bildi. Niyyət bəllidir: baş nazir ölkə vətəndaşlarını özünün uydurduğu nağıllara inandırmağa cəhd edərək, onları real həyatda üzləşdikləri problemlərdən yayındırmaq istəyir. 
Lakin Ermənistan əhalisi artıq nə Paşinyana, nə də onun komandasının yalanlarına inanır. Ölkəni tez-tez bürüyən etiraz aksiyaları hazırkı hökuməti günbəgün çətin duruma salır. Bu gün Paşinyan öz səriştəsiz və populist siyasəti ilə özü ilə  bərabər erməni xalqını da dərin uçuruma sürükləyir. 
Beynəlxalq siyasi dairələrdə də Paşinyanın qeyri-ciddi siyasətçi olduğu artıq çoxlarına bəllidir. Məsələn, Almaniya Bundestaqının deputatı Olaf Gutting bu günlərdə bildirib ki, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərin tələbləri yerinə yetirilməlidir. O.Gutting qeyd edib ki, münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və problem sülh yolu ilə həll olunmalıdır.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin baş müəllimi Atamoğlan Məmmədli bildirdi ki, Ermənistan hökuməti faktiki olaraq qatı millətçi və militarist siyasət yürüdür. İşğalçı Ermənistan Azərbaycan ərazisinin bir hissəsini hələ də işğal altında saxlamaqla, beynəlxalq hüquq normalarını kobud surətdə pozur.  
A.Məmmədli hiddətlə qeyd etdi ki, Ermənistan rəhbərliyi Böyük Vətən müharibəsi dövründə baş vermiş tarixi hadisələri də saxtalaşdırır. İrəvanda faşistlərin əlaltısı olmuş müharibə canısı Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulub. Bu, tarixi cinayətdir! 
Paşinyan və onun komandası faşizmi qəhrəmanlaşdırmaqla da erməni xalqını tərəqqipərvər dünya ictimaiyyətinin gözündə tam ifşa edib.  Faşist cəlladı Njde təkcə İkinci dünya müharibəsi illərində deyil, Azərbaycan əhalisinə qarşı dəhşətli zorakılıqlara “imza  atan cəllad” kimi tarixə düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, gün gələcək və ermənilər İrəvanda bu faşistə ucaltdıqları heykəli özləri sökməli olacaqlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu barədə danışarkən dedi: 
–Qoy Ermənistana başçılıq edənlər unutmasınlar ki,  onların yeritdiyi qəsbkarlıq siyasətinin bir sonu olacaq. Azərbaycan dövləti və xalqı hər zaman öz tarixi torpaqlarını azad etməyə hazırdır və buna tamamilə qadirdir. Biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarını doğma torpaqlarımızdan qovub çıxardacağıq. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

13 2020 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə