Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdə Suvarma Sistemləri İdarəsi Açıq Tender Elan Edir

Bərdə Suvarma Sistemləri İdarəsi Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
 -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Mahmudov Nəriman Əziz oğlu.
Ünvan- Bərdə şəhəri, Zöhrabbəyov küçəsi 10.
E-mail: [email protected]
Telefon- 0202082560
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot -1 . Cari təmir üçün tikinti materiallarının satın alınması.
Lot -2. Ekskovator və avtomaşınlar üçün ehtiyat hissələrinin satın alınması.
Lot -3. Əsaslı təmir üçün tikinti materiallarının satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 50 (əlli) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
Bərdə SSİ
• H/h- AZ10CTRE00000000000002355101
• VÖEN- 4000209121 
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN- 1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ01350100000000003944
• S.W.İ.F.T: CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 3 fevral 2020-ci il saat ­­15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 11 fevral 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 12 fevral 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

 

14 2020 03:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
29 Yanvar 2020 | 00:08
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə