Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Şimali Koreyanı danışıqları bərpa etməyə çağırıb

ABŞ Şimali Koreyanı danışıqları bərpa etməyə çağırıb

ABŞ Şimali Koreyanı ikitərəfli münasibətləri normallaşdırmaq üçün keçən ilin oktyabrında Stokholmda başlanmış və sonradan dayandırılmış danışıqları bərpa etməyə çağırıb. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O-Brayen bəyan edib. Məlumatı TASS verib. 

R.O-Brayen deyib: “Biz Şimali Koreyaya müraciət edərək danışıqları davam etdirmək istədiyimiz barədə məlumat vermişik. Bir çox kanallar vasitəsilə onlara çatdırmışıq ki, Dövlət Şurasının Sədri Kim Çen Inın nüvə silahlarının ləğvi ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsi üçün danışıqları düzgün məcraya qaytarmaq istəyirik”.
Onun sözlərinə görə, Pxenyanın Vaşinqtona “Yeni il hədiyyəsi” vəd etməsinə baxmayaraq, hər hansı yeni sınaqlardan çəkinməsi yaxşı əlamətdir. Bir qədər əvvəl KXDR nümayəndələri bəyan etmişdilər ki, Pxenyan 2019-cu il dekabrın 31-dək nüvə silahlarının ləğvi ilə bağlı danışıqlarda kompromis hazırlığını başa çatdıracaq. Dekabrın 3-də isə KXDR XİN başçısının müavini Ki Te Son bildirmişdi ki, bu məsələdə hər şey ABŞ-dan asılıdır, özünə “Yeni il hədiyyəsi”ni də o seçməlidir.  
Həmin vaxt bir sıra KİV, o cümlədən CNN söhbətin yeni raket sınaqlarından getdiyini təxmin etmişdi. Öz növbəsində, Prezident Tramp da zarafatla demişdi ki, “Kim Çen In Yeni il hədiyyəsi olaraq ona raket sınağı əvəzində gözəl gül qabı göndərə bilər”. 
Prezidentin köməkçisi bununla bağlı deyib: “Prezident Donald Tramp düşünürdü ki, Kim Çen In ona gül qabı göndərəcək. Ancaq biz nə gül qabı, nə də başqa bir Yeni il hədiyyəsi aldıq. Bu isə hadisələrin pozitiv şəkildə inkişaf etdiyini göstərir”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

13 2020 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə