• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın invaziv florası haqqında yeni nəşr

Azərbaycanın invaziv florası haqqında  yeni nəşr

Son illərdə iqlim şəraitinin dəyişilməsi ilə əlaqədar dünya florasında, o cümlədən Azərbaycanda invaziv (yad, kənardangəlmə) növlərin sürətli, geniş miqyaslı artımı və miqrasiyası müşahidə edilir. Bu isə təbii ekosistemlərdə ciddi dəyişikliklərə səbəb olaraq, ölkənin ekoloji təhlükəsizliyinə zərbə vurur.

www.science.gov.az saytı yazır ki, Azərbaycanda invaziv bitkilərin yayılmasına dair ilk ətraflı məlumat AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Rəna Abdıyevanın kitabında təqdim edilir. Nəşrdə fitoinvaziv problemlər haqda ümumi məlumat, həmçinin tədqiqi və monitorinqi tələb olunan 64 yad bitki növlərinin “qara siyahısı” təqdim olunur. Hər bir növün yerli adı, ilkin arealı, ölkənin botaniki-coğrafi bölgələrində yayılması göstərilir.

Kitabda bu bitkilərin biologiyası və ekologiyası, habelə Azərbaycanda invaziv statusu ilə bağlı bəzi məlumatlar da təqdim edilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin