Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.Çavuşoğlu və M.Pompeo Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

M.Çavuşoğlu və M.Pompeo Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bazar günü amerikalı həmkarı Mayk Pompeo ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

M.Pompeo bildirib ki, ABŞ hökuməti regionda BMT-nin himayəsi altında aparılan sülh proseslərinə sadiqdir. Vaşinqton hesab edir ki, NATO bu prosesdə mühüm rol oynamalıdır. 
M.Pompeo öz “twitter” səhifəsində yazıb: “Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Yaxın Şərqdəki hadisələrlə bağlı faydalı müzakirələr apardıq”. 
Qeyd etmək lazımdır ki, Bəşər Əsəd rejimi və onun müttəfiqləri son günlər İdlib şəhərində və ətraf yaşayış məntəqələrində kəskin hücumlar həyata keçirirlər. Rəsmi Ankara bölgədə yaranmış gərgin vəziyyətdən narahatdır. Bu ərazidən qaçan yüz minlərlə insan Türkiyə sərhədində toplaşıb.  
Xatırladaq ki, Türkiyə və Rusiya liderləri 2018-ci ilin sentyabrında İdlibdə deeskalasiya zonasının yaradılması barədə razılığa gəliblər. Lakin ötən ilin sonlarından başlayaraq, Suriyada münaqişəyə cəlb olunmuş tərəflər arasında silahlı qarşıdurma güclənib. 

M.HACIXANLI, “Xalq qəzeti” 

13 2020 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə